"Qəbələ" 5 futbolçu ilə gücləndi

11.02.2012 | 4829 dəfə oxunub

Qış hazırlıq dövrünü Bakıda keçirən “Qəbələ”nin əvəzedicilərdən ibarət komandası 5 yeni futbolçu ilə güclənib. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qıs fasiləsində heyətə cəlb olunan Fərid Haqverdiyev (yarımmüdafiəçi), Ruslan Bədəlov (müdafiəçi), Seymur Əsədov (yarımmüdafiəçi), Salman İbrahimov (hücumçu) və Pərviz Mustafayev (hücumçu) artıq “Qəbələ”nin uğurları üçün tər tökəcəklər.

Bundan əlavə bir neçə Akademiya yetirməsinin də heyətə cəlb olunması gözlənilir. Paytaxtda baş tutan təlim-məşq toplanışında futbolçuları sınaqdan keçirən məşqçi heyəti onları iş başında görmək imkanı qazanıb. Özünü yaxşı tərəfdən göstərən futbolçular heyətə cəlb olunub. Bir neçə futbolçu isə bəyənilməyərək geri göndərilib. Yanvarın 26-dan fevralın 2-dək davam edən hazırlıq dövrü ərzində komanda 3 yoxlama oyununda gücünü sınayıb. İlk qarşılaşmada “Sumqayıt”ın əvəzedici komandası ilə üzləşən “Qəbələ” rəqibini 4:2 hesabı ilə məğlub edib. Amil Yunanov (2), Salman İbrahimov və Pərviz Mustafayevin qolları komandaya qələbə gətirib. İkinci oyunda “Qəbələ” “Rəvan”ı 2:1 hesabı ilə üstələyib. Komanda son oyunda da qələbə qazanıb. Bu dəfə “İnter” meydançadan başıaşağı ayrılıb - 4:3.

Hazırda əvəzedicilər “Qəbələ”də gündəlik məşqlərlə "Simurq"la matçın hazırlıqlarını davam etdirirlər. Qeyri sabit və qarlı hava şəraitinə görə məşqlər qapalı meydançada keçirilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail