Zaur Həşimov: "Kimisə göndərmək barədə düşünmürəm"

24.11.2019 | 5601 dəfə oxunub

Uşaqlar oyuna yaxşı başladılar. Necə hazırlaşmışdıqsa, o cür də start götürdük. Qollardan sonra da epizodlarımız oldu. Oyunçuların istəklərindən razı qaldım. Bunun da nəticəsində qələbə qazandıq”.

Stadium.az xəbər verir ki, bu sözlər “Zirə”nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının 12-ci turunda “Keşlə”yə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib. O, birdən-birə iki hücumçunu meydana buraxmasını belə izah edib: “Mfo yorğun idi, yığmadan qayıdıb. Amma yorğun olmasaydı belə, Xulio zədədən qayıdıb, yaxşı durumda idi. İstənilən halda iki hücumçu ilə oynayacaqdıq”.

Qış fasiləsində heyətdə ediləcək dəyişikliklə bağlı danışan Haşımov kimisə göndərmək fikrində olmadığını deyib: “Bu uşaqlarla davam edəcəyik. Çalışacağıq komandanı gücləndirək. Hazırkı heyətdən tam razıyam, onlara iradım çox deyil. Qışda rəhbərliklə danışacağıq. İmkan daxilində çalışacağıq heyəti gücləndirək. Kimisə göndərmək ehtimalı barədə düşünmürəm”.

Z.Haşımov futbolçusu Nicat Süleymanova “qardaş” deyə müraciət etməsinə isə bu cür aydınlq gətirib: “Kobudluq mənə xas xüsusiyyət deyil. Hərdən də qardaş kimi danlayırıq, balans qurmağa çalışırıq”.

Z.Haşımov “Zirə”yə baş məşqçi təyin ediləndən sonra qazandığı ilk qələbəyə görə sevincli oduğunu əlavə edib: “Bundan əvvəlki iki heç-heçə də qələbəyə bərabər idi. Eyni hissləri yaşadım. Uşaqlar göstərdilər ki, komandanın potensialı əvvəlki nəticə kimi deyil”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail