Bordin: "Asan qələbə olmur"

24.11.2019 | 5459 dəfə oxunub

Oyunumuzdan razı qaldım. Futbolçular matça düzgün yanaşdılar. Son məğlubiyyətdən nəticə çıxarmışdıq. Qələbə çox vacib idi. Amma yaxşı oyun bundan daha önəmli idi. İlk dəqiqələrdən yaxşı çıxış etdik və layiqli qələbə qazandıq". 

Stadium.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın 12-ci turunda "Qəbələ"yə qalib gəldikləri oyundan (4:1) sonra mətbuat konfransında deyib.

- Dabonun oynamamasının səbəbi nə idi?

- Zədəlidir.

- Hesaba baxsaq, rahat qələbə qazandığınızı deyə bilərikmi?

- Futbolda asan qələbə olmur. Bunun üçün döyüşmək lazımdır. Futbolçular bunun öhdəsindən gəldilər. 

- Platellas ilk vaxtlar davamlı olaraq start heyətdə yer alırdı. İndi isə daha çox ehtiyatda qalır. Buna səbəb nədir?

- Bu, məşqçi heyətinin seçimidir. Həftəboyu məşqlərə baxıb, buna uyğun heyəti müəyyənləşdiririk. Platellas oynayan vaxtlarda da, başqa bir futbolçu ehtiyatda qalırdı. Onun qol vurmasına görə çox sevinirəm. Oyuna sonradan daxil olanda komandaya fayda verməyə çalışır. Bu gün əziyyətinin bəhrəsini gördü.

- Stankoviçi Mbodjla əvəzləməyiniz nə ilə bağlı idi? - Bu gün meydana sonradan çıxan hər üç futbolçu oyuna yaxşı qoşuldu. Stankoviçdə yorğunluq görünürdü. Buna görə də onu əvəzlədik.

- Geryenin tam formada olmadığı görünür, sanki ümumi ansambldan geri qalır. Onun əvvəlki kimi oynaması üçün nə qədər zaman lazımdır?

- Onun komandadan geri qaldığını necə görürsüz ki?

- “Qarabağ”dakı Geryeyə bənzəmir.

- Normal haldır. Komanda ilə təlim-məşq toplanışında olmayıb. Bu səbəbdən fiziki forması pik həddə olmaya bilər. Bunun üzərində işləyirik ki, formasını bərpa etsin



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail