Elmar Baxşıyev: "Komanda şəklində zəif oynadıq"

24.11.2019 | 5390 dəfə oxunub

Azərbaycan Premyer Liqasında XII turun “Neftçi” – “Qəbələ” oyunundan sonra təşkil olunan mətbuat konfransında qonaq komandanın çalışdırıcısı Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.

Stadium.az xəbər verir ki, 38 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib: - "Neftçi"yə qarşı fərdi hazırlaşmışdıq. İstəyirdik ki, rəqibi əks-hücumlarda rəqibi tutaq. Sadəcə, bunu həyata keçirə bilmədik. Komandalar arasında səviyyə fərqi çoxdur. Bizim cavan kollektivimiz var, stabilliyi qoruya bilmirik. Bir oyun yaxşı oynayırıqsa, növbəti matçda bunu davam etdirə bilmirik.

- Stabilliyin olmamasına əsas səbəb nədir?

- Bu, komandanın gənc oyunçulardan qurulmasından irəli gəlir. Təcrübəlilər stabilliyi qoruya bilir. Üstəlik, “Neftçi” fərdi keyfiyyətlərdə də bizdən üstündür .

- "Qəbələ” son sıradadır və klubun maliyyə problemləri var. Bundan sonrakı taleyiniz necə olacaq?

- Bizim üzərimizə nə düşürsə, maksimumunu etməyə çalışırıq. Sponsor məsələsi bizə aid deyil. İşimiz komanda və futbolçularladır. İnanıram ki, “Qəbələ” yaşayacaq və daha yaxşı olacaq.

- Böyükhesablı məğlubiyyət fərdi səhvlərə görə idi, yoxsa komanda şəklində zəif oynadız?

- Komanda şəklində zəif oynadıq. Buraxılan qollar isə fərdi səhvlərdən irəli gəlirdi.

- Komandanızın “Neftçi” qarşısında aciz qaldığını demək olarmı?

- Aciz deməzdim. Bizim də qol epizodlarımız oldu. Ancaq “Neftçi” futbolçularının ustalıq səviyyəsi üstün olduğuna görə bunlardan istifadə etdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail