Zaur Həşimov: "Hesab daha böyük ola bilərdi"

30.11.2019 | 5350 dəfə oxunub

"Zirə" Premyer Liqanın 13-cü turunun açılış görüşü çərçivəsində səfərdə "Qəbələ"yə böyük hesabla məğlub oldu. Qonaq komandanın baş məşqçisi Zaur Həşimov 0:3 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında deməyə sözünün olmadığını bildirib. 

- Konkret deyiləsi nəsə sözüm yoxdur. Kimin sualı varsa, buyura bilər.

- Komanda sanki "Keşlə" üzərindəki qələbənin eyforiyasından özünə gəlməmişdi.

- Sözün düzü, gözləyirdim ki, nəticəmiz yaxşı olmaya bilər. Eyforiya məsələsi ilə hardasa razıyam. Ancaq bu qədər bərbad oynayacağımızı gözləmirdim. Uşaqların "Keşlə" üzərindəki qələbəni unuda bilmədiklərini həftə içərisində də görürdüm. Kiçik bir uğurun ab-havasından çıxa bilməməyin nəticəsində bu gün böyük hesabla məğlub olduq.

- Əvvəllər, xüsusən birinci dövrədə "Qəbələ"də işlədiyinizi nəzərə alsaq, bu komandaya qarşı daha yaxşı hazırlaşacağınızı gözləmək olardı. Lakin görünən bu oldu ki, həmkarınız Elmar Baxşıyev sizi daha yaxşı analiz edib.

- Mən bu komandanı yaxşı tanıyıram. Müsahibəmdə də demişdim ki, bizi Qəbələdə çətin oyun gözləyir. Niassenin də transferi "Qəbələ"nin müdafiənin mərkəzindəki gücünü artırıb. Rəqibimiz bu gün qalib gəlməyə layiq idi. Hesab daha böyük ola bilərdi. Onları təbrik edirəm



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail