Elmar Baxşıyev: "Zamana ehtiyacımız var"

30.11.2019 | 5231 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XIII turunun “Qəbələ” - “Zirə” oyunundan (3:0) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Stadium.az xəbər verir ki, 39 yaşlı mütəxəssis qələbəni şərh edib: “Bizi çətin oyun gözlədiyini bilirdik. Komandanı da belə qarşılaşmaya hazırlamışdıq. “Zirə” yaxşı futbolçulardan təşkil olunan komandadır. Rəqibin heyətində güclü ifaçılar var. Ona görə ilk dəqiqədən məzmunlu komanda oyunu nümayiş etdirməyə, sonadək konsentrasiyanı qorumağa çalışdıq. Ümumilikdə futbolçuların oyunundan razı qaldım. Amma çatışmazlıqlar var və biz onları görürük. Çalışırıq ki, hər məşqdə bunun üzərində işləyib aradan qaldıraq. Komandada sabitlik çatmır. Bu da onunla bağlıdır ki, heyət gəncdir, akademiyanın yetirmələrindən qurulub. Amma vaxt keçdikcə bu da aradan qalxacaq. Zamana ehtiyacımız var. Turlar keçdikcə komanda daha məzmunlu oynayır. İbrahima Niasse yeni gəlsə də, o, öz evinə qayıdıb. Burada yaxşı dönəmini keçirib. Onun bizə qoşulmasını mən rəhbərlikdən xahiş elədim. Bu gün yaxşı oynadı. Amma o daha çox kömək edə biləcək futbolçudur. İnanırıq ki, Niasse daha faydalı olacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail