Azərbaycan kubokunun qalibi Avroliqaya 1-ci mərhələdən başlayacaq

07.12.2019 | 5631 dəfə oxunub

2020/2021 mövsümündə avrokuboklarda iştirak edəcək komandaların ölkələr üzrə bölgüsü açıqlanıb. Stadium.Az xəbər verir ki, yeni mövsümdə Azərbaycanı avrokuboklarda təmsil edəcək klubların mübarizəyə hansı mərhələdən başlayacağı da müəyyənləşib.

Belə ki, Premyer Liqanın qalibi olan komanda Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindən, 2-ci və 3-cü yerin sahibləri isə Avropa Liqasının 1-ci təsnifat mərhələsindən başlayacaq.

Azərbaycan kubokunun qalibi də Avroliqada 1-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Ötən il kubokun sahibi olan “Qəbələ” mübarizəyə 2-ci təsnifat mərhələsindən başlamışdı. Azərbaycan UEFA-dakı reytinqdə gerilədiyi üçün artıq kubokun qalibi də Avropa Liqasının 1-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

2018-ci ilin yayında UEFA-nın reytinqində 23-cü yerdə olan Azərbaycan, indi 3 pillə geriləyərək, 26-cıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail