"Stadionun dolu olmasını istərdik" - Qurban Qurbanov

11.12.2019 | 5213 dəfə oxunub

Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda sabah Lüksemburqun "Düdelanj" jlubunu qəbul edəcək "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 

Stadium.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib. - Son oyunumuzdu. Hiss olunur ki, maraq azdı. Hər halda, matça ciddi hazırlaşacağıq. Normal oyunla, yaxşı nəticə ilə turniri başa vurmaq istəyirik.

- Azarkeş sayı az olacaq. Komandanı bu oyuna motivasiya etmək çətin olmayacaq?

- Azarkeşlər az olacaq, bəli. Motivasiya etmək çətin olur. Bu görüşdən əvvəl futbolçulara sərbəstlik vermişik. Oyuna hazırlıq prosesində də, məşqlərdə də. "Düdelanj" tanıdığımız rəqibdi, bu gün və sabah rəqibi daha yaxından tanıyacağıq.

- Azarkeş azlığı komandanıza nə dərəcə təsir edəcək?

- Bilirik ki, bizim üçün hər oyun ciddidi. Stadionun dolu olmasını istərdik. Azarkeşlərimizi də başa düşürəm. Stadionda olmasalar da, bizimlə olacaqlar. Son oyunda stadionun dolmasını istərdik. Nəticə fərqli olsaydı, bəlkə başqa olardı.

- Bu mövsüm ilk dəfədi ki, komanda bir oyuna tam heyətlə hazırdı. Bu durumu görəndə sizi acı gülmək tuturmu?

- Xeyr, deməzdim. Hər zaman istəmişəm ki, bütün oyunlarda tam heyət olsun. Xayme Romero komandayla məşqlər edir, ancaq əvvəlki oyunları buraxmışdı. Bu oyunda da əsas heyətdə olmaq şansı azdı. Komandanın heyəti tam olsa da, istədiyim vəziyyətdə deyil. Ancaq əvvəlki oyunlara baxanda oyunçularımızın durumu yaxşılığa doğru gedir. Bu da bizim üçün önəmlidi.

- Səfərdə rəqibi məğlub etmisiz. Bu sizə üstünlükdü?

- Əsas üstünlüyümüz evimizdə oynamağımızdı. Rəqib də ilk oyunda məğlub olduğu üçün bu matçda daha yaxşı çıxış etmək istəyəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail