AFFA-dan gülünc açıqlama - "Brifinq və mətbuat konfransı olmayacaq"

13.12.2019 | 5508 dəfə oxunub

Sabah - dekabrın 13-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin (İK) iclası keçiriləcək.

Stadium.az xəbər verir ki, AFFA-nın rəsmi saytı iclasdan bir gün öncə maraqlı açıqlama yayıb.  İclasda qəbul olunacaq qərarlar qurumun rəsmi saytında - affa.az-da yerləşdiriləcək. İclasdan sonra brifinq və mətbuat konfransının keçirilməsi isə nəzərdə tutulmayıb.


Gündəlikdə 13 məsələyə baxılacaq: 1. Gəncə şəhər stadionunun ərazisində yeni, standart ölçülü (105x68 m.) süni örtüklü məşq meydanının inşasının başa çatması ilə bağlı məlumat

2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri ilə əlaqədar müzakirə

3. Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin AÇ-2020-nin seçmə mərhələsi ilə bağlı hesabatı

4. Premyer Liqa klublarına uşaq futbolu üçün UEFA-dan ayrılmış maliyyə vəsaiti ilə bağlı hesabat

5. “Klubların lisenziyalaşdırması üzrə vəsait”in növbəti buraxılışı üçün əlavə və dəyişikliklərin müzakirəsi

6. AÇ-2020-nin Bakıda keçiriləcək oyunlarına hazırlıq prosesi ilə bağlı qısa məlumat

7. AFFA-nın “Feyr Pley” mükafatının təsis olunması və Əsasnaməsinin hazırlanması

8. “Azərbaycan Futbolunun Etik Kodeks”inin hazırlanmasının müzakirəsi

9. AFFA-nın Futbol Veteranları Fondunun Əsanaməsinə uyğun olaraq müvafiq şəxslərə təqaüdün ayrılmasının müzakirəsi

10. “Elit Məşq” kitabı ilə bağlı məlumat

11. AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərin hazırlanması

12. “Qəbələ” Futbol Klubu ilə bağlı müzakirə

13. AFFA-nın növbəti Konfransının tarixinin müəyyənləşdirilməsi



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail