"Nəticədən narazı, oyundan razıyam"

13.12.2019 | 5249 dəfə oxunub

Avropa Liqasının qrup mərhələsinin sonuncu – VI turunda Bakıda “Qarabağ”a qalib gələn (1:1) Lüksemburqun “Düdelanj” klubunun baş məşqçisi Bertran Krasson oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

Stadium.az xəbər verir ki, belçikalı mütəxəssis nəticəni şərh edib: - Çox təəssüflənirəm. Amma oyundan razıyam. Üstünlüyümüz açıq-aydın görünürdü. Rəqibin meydanında oynayanda həmişə 0:1 geridə başlayırsan. Nəticədən narazı, oyundan razıyam.

- Öz meydanında məğlubiyyətdən sonra səfərdə heç-heçə edən komandanın baş məşqçisi niyə məyusdu?

- “Qarabağ” kimi güclü komandaya qarşı belə oynadığımıza görə fəxr edirik. Amma son dəqiqələrə qədər öndə olub, qələbəni əldən verməyimiz pis nəticədi. Üstəlik rəqib 10 nəfərlə oynayırdı. Belə halda üstünlüyü qoruya bilmədiyimizə görə məyus olduq.

- Oyun zamanı tribunadan texniki zona ilə necə əlaqə saxlayırdız?

- Bunu müzakirə etmişdik. Telefon vasitəsilə əlaqə saxlayırdıq. Komanda üzərinə düşəni etdi. Oyundan oyuna futbolçuların məsuliyyəti artır. Komandamın böyük potensialı var.

- Qeydə alınmayan qolunuz barədə nə düşünürsüz?

- Təəssüf ki, belə hadisələr tez-tez olur. Videoya baxa bilməmişik. Qolumuzun sayılmadığına görə təəssüflənirik.

- Lüksemburqdakı ilk görüşdə xoşagəlməz hadisə baş vermişdi. Bakıdakı qonaqpərvərliyindən razı qaldız?

- Hamımız çox razıyıq. İnsanlardan, burdakı şəraitdən mənmun olduq. Bir daha gəlmək istəyərəm. Hər kəsə təşəkkür edirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail