Fatih Kavlak: "Matça revanş gözüylə baxmırıq"

14.02.2012 | 4387 dəfə oxunub

"Qəbələ" Premyer Liqanın 20-ci turunda səfərdə "Simurq"la üz-üzə gələcək. Stadium.az xəbər verir ki, komandanın baş məşqçisi Fatih Kavlak matç öncəsi fikirlərini bölüşüb. Klubun rəsmi saytına açıqlama verən Kavlak bunları dilə gətirib:

"Kəpəz"lə oyun təxirə salındıqdan sonra bütün diqqətimizi "Simurq"la matça yönəltdik. Hava şəraiti əlverişsiz olsa da, hazırlıqlarımızda hər hansı bir axsama olmadı. Qapalı meydançada məşqlərimizi davam etdirdik. Komanda matça tam hazırdır. Sadəcə Vurğun Hüseynovla Rövşən Əmiraslanov komandaya kömək edə bilməyəcək".

Kavlak "Simurq"un ciddi rəqib olduğunu da vurğulayıb: "Çempionat start götürərkən "Simurq" iddiasız görünsə də, komanda tezliklə toparlandı və özünəməxsus oyun nümayiş etdirməyə başladı. İlk dövrədə "Simurq"un bizə qalib gəlməsi də, rəqibin ciddiliyindən xəbər verir. Onlar heyətini yeni transferlərlə gücləndirib. Bütün bunlara baxmayaraq, bizim bu matçda yalnız bir hədəfimiz var – qələbə. Matça revanş gözüylə baxmırıq. Birinci dövrədə qələbə qazansaydıq belə yenə hədəfimiz 3 xal olacaqdı. Çünki hazırda 3 xal bizim ilk altılıqda möhkəmlənməyimiz üçün hava-su kimi lazımdı. İnanıram ki, hava şəraiti və meydançanın durumu hər iki komandanın layiqli mübarizə aparmasına imkan verəcək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail