"Keşlə" 100-ə, "Sumqayıt" 25-ə çatdı

21.12.2019 | 5109 dəfə oxunub

“Keşlə” Azərbaycan kubokunda 100-cü oyununu keçirib. Stadium.Az PFL-ə istinadən xəbər verir ki, bu, 1/4 finalın cavab görüşünə təsadüf edib.

Öz meydanında “Qarabağ”la qarşılaşan bakılılar yubiley matçında 1:3 hesabı ilə uduzub. Paytaxt klubu 100 matçda 50 qələbə qazanıb, 23 heç-heçə edib və 27 dəfə uduzub. 163 qol vuran “Keşlə” 100-cü yubiley qolunu da “Qarabağ”dan buraxıb. Qarşılaşmadakı ikinci qolun müəllifi Xayme Romero bakılıları üzən 100-cü topa imza atıb. Hazırda 100 oyuna çıxan komanda 101 qol buraxıb.

Əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış edən “Keşlə” kubokdakı oyun sayında yalnız “Neftçi” və “Qarabağ”dan geri qalır. Yubiley matçına çıxan  komandanın kubokdakı ilk matçı 1997/98 mövsümündə baş tutub. 1/16 finalda mübarizəyə başlayan “Xəzər Universiteti” səfərdə OİK-ə (indiki MOİK) uduzub – 1:6.

“Neftçi” ilə 1/4 final mərhələsinin cavab oyunu isə “Sumqayıt” üçün yubileylə əlamətdar olub. “Gənclik şəhəri” təmsilçisi Azərbaycan kubokunda 25-ci oyununu keçirib. Bu matçdakı qolsuz heç-heçə komandanın 5-ci sülhü olub. Sumqayıtın eyniadlı təmsilçisi 9 qələbə qazanıb və 11 dəfə uduzub. 29 qol vuran komanda 34 top buraxıb.

Qeyd edək ki, Azərbaycan kubokunda 2010/11 mövsümündə debüt edən “Sumqayıt” ilk oyununu 1/16 finalda keçirib. Komanda səfərdə Bakı “Lokomotiv”inə qalib gəlib – 2:0.

Azərbaycan kubokunda 1/4 final səddini adlayaraq yarımfinala yüksələn komandaların hamısı əvvəllər də buna nail olub. “Qarabağ” digər üç komanda ilə müqayisədə bunu daha çox bacarıb. Ağdam klubu tarixində 16-cı dəfə yarımfinalda oynayacaq. Əyalət təmsilçisi bu göstəricidə yalnız “Neftçi”dən geri qalır. Paytaxt klubunun rekordu 17-yə bərabərdir. Digər yarımfinalçılardan “Qəbələ” 8-ci, “Sumqayıt” 3-cü, “Zirə” 2-ci dəfə 1/4 final səddini keçib.

Maraqlıdır ki, yarımfinalçılar ötən mövsüm bu raundda oynayan komandalardır. “Qarabağ”, “Qəbələ”, “Sumqayıt” və “Zirə”dən ibarət “dördlük” yenə dəyişməz qalıb.

Bu, ölkə kuboku tarixində 3-cü belə hadisədir ki, ardıcıl iki dəfə eyni komandalar yarımfinala yüksəlir. 2009/10 və 2010/11 mövsümlərində AZAL, “Bakı”, “İnter” və “Xəzər Lənkəran”, 2015/16 və 2016/17 mövsümlərində “İnter”, “Neftçi”, “Qarabağ” və “Qəbələ” yarımfinalda yerini qoruyub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail