Dubaya kimlər gedir, kimlər yox?

14.02.2012 | 4414 dəfə oxunub

Berti Foqts və AFFA rəhbərliyi milli komandanın bu dəfəki təlim-məşq topalınışında fərqli addım atmaq qərarına gəlib. Belə ki, AFFA rəhbərliyi alman çalışdırıcınını istəyi ilə Premyer Liqanın 12 klubunun baş məşqçisini bu ayın sonunda Dubayda baş tutacaq toplanışa aparmaq qərarına gəlib.

AFFA-dan verilən açıqlamada bildirilir ki, klubların baş məşqçiləri fevralın 26-dan martın 1-dək millinin toplanışını, həmçinin hazırlıq prosesi çərçivəsində 2 yoldaşlıq oyununu izləyəcək, təcrübə mübadiləsi aparacaq. Səfər AFFA-nın hseabına maliyyələşdiriləcək.

Amma deyəsən Dubaya çox az sayda baş məşqçi yollanacaq. Artıq əksər məşqçilər Dubay toplanışından imtina edib.

Kimlər gedəcək?

Kaxaber Tsxadadze (“İnter”in baş məşqçisi): Kaxaber Tsxadadze bu ideyanı dəstəkləməklə yanaşı, həm də almaniyalı həmkarına yol yoldaşı olacaq. Azərbaycan çempionu Kaxa toplanışa qatılacaq.

Fuad İsmayılov (“Kəpəz”in baş məşqçisi): Klubun mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov baş məşqçinin dəvəti qəbul etdiyini və toplanışa qatılacağını bildirib.

Kimlər getməyəcək?

Fatih Kavlak (“Qəbələ”nin baş məşqçisi): Komandası ilk “altılığ”a düşməyin öhdəsindən hələ də tam gələ bilmədiyinə görə, Fatih Kavlak Dubaya getmək əvəzinə, Azərbaycanda qalmağı məsləhət bilib.

Əsgər Abdullayev (“Turan”ın baş məşqçisi): “Mən həmişə milli komandaya xidmət edən insan olmuşam. Dərk edirəm ki, inkişaf üçün milli və klub məşqçiləri birləşməlidi. Əslində bu, düzgün bir addımdı. Amma Dubayda mənsiz də keçinmək mümkündü. “Turan”ın vəziyyəti hər kəsə bəllidi. Odu ki, mən Dubay toplanışından imtina edib, Azərbaycanda qalıb komanda ilə məşğul olacağam”.

Sergey Yuran (“Simurq”un baş məşqçisi): Rusiyalı mütəxəssisin qərarını klubun icraçı-direktoru Vaqif Əliyev açıqlayıb: “Bizim kluba belə bir müraciət daxil olub. Amma Yuran ilk gündən bu dəvətdən imtina edib. O, toplanışda olmayacaq”.

Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Məncə, bu yaxşı bir ideyadı. Amma yığma səfərdə olanda, “Qarabağ” da məşqlərini davam etdirməlidi. Bunu nəzərə alaraq, mən səfərdən imtina edirəm”.

Bernard Raab (“Sumqayıt”ın baş məşqçisi): Hazırda vətənində olan mütəxəssis böyük ehtimalla toplanışda iştirak etməyəcək.

Gedib-getməyəcəyi məlum olmayan heyət

Bəhmən Həsənov (“Rəvan”ın baş məşqçisi): “Düzü, belə bir məlumatla tanış olmuşam. Amma gedib-getməyəcəyimə qərar verməmişəm. Bu, “Rəvan”ın o vaxta qədər əldə edəcəyi nəticələrdən asılıdı”.

Cüneyt Biçər: (“Xəzər Lənkəran”ın baş məşqçisi): “Mən bu xəbəri saytlardan oxumuşam. Budan sonra rəhbərliklə hər hansı bir görüşüm olmayıb. Rəhbərliklə görüşdükdən sonra qərarımı verəcəyəm. Səfərə gedib-getməyəcəyimi bilmirəm”.

Aleksandr Starkov (“Bakı”nın baş məşqçisi): Məsələyə komandanın meneceri Kamran İsmayılov münasibət bildirib: “Bizə milli komandanın təlim-məşq toplanışında olacağı və “Bakı”dan dəvət olunacaq futbolçuların gələcəkdə müəyyənləşəcəyi və bu barədə növbəti dəfə bildirəcəkləri barədə məlumat daxil olub. Baş məşqçilərin səfəri barədə də bir məlumata malik deyiləm. “Bakı”ya bu barədə məktub daxil olmadığını demirəm. Sadəcə, məndə belə bir məlumat yoxdu. Starkovla da bu barədə danışmadığımdan konkret nəsə deməkdə çətinlik çəkirəm”.

Böyükağa Hacıyev (“Neftçi”nin baş məşqçisi): Böyükağa Hacıyevin Dubaya gedib-getməyəcəyi bilinmir. Buna fevralın 20-də aydınlıq gələcək.

AZAL-ın baş məşqçisi Rafiq Mirzəyevlə əlaqə saxlamaq mümkün olmayıb.

futbol11.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail