Emil Balayevin "Tobol"dan ayrılmasından danışıb

05.02.2020 | 6201 dəfə oxunub

Millimizin qapıçısı Emil Balayev Qazaxıstanın “Tobol” klubundan ayrılmasına münasibət bildirib. 

Stadium.Az xəbər verir ki, 26 yaşlı qolkiper şəxsi İnstagram səhifəsindəki payaşımında Kostanay təmsilçisinin onun karyerasında önəmli yer tutduğunu qeyd edib:

“Bu klubda daha da inkişaf edib, Qazaxıstan Premyer Liqasının ən yaxşı qapıçıları siyahısına düşdüm. Milli komandamızda da debütüm məhz bu klubun şərəfini qoruduğum vaxt baş tutdu.
 
Ötən mövsümün sonunda bir daha “Tobol”da oynamayacağımı ağlıma belə gətirməzdim. Lakin bu il "sarı-yaşıllar"ı tərk etdim. 
 
Yeni baş məşqçinin təyinatı sonrası, təbii ki, futbolçu kimi gələcəyim bir çoxlarını maraqlandırırdı. Mən isə məlum səbəblərlə əlaqədar komandanı tərk etməyə qərar verdim və bu qərardan zərrə qədər də peşman deyiləm".
 
Balayev ona dəstək olan hər kəsə minnətdarlıq edib: “Klubun rəhbərliyinə minnətdarlığımı bildirmək istərdim. Çünki onlar məni başa düşüb, problemsiz müqaviləyə xitam verməyə razı oldular. "Tobol"un bütün azarkeşlərinə "sağ olun" deyirəm. Kluba gəldiyim ilk gündən mənə dəstək oldular. Hətta indi belə, yazıb, sevgilərini hiss etdirirlər. Bütün kollektivimizə, komanda yoldaşlarıma, personala təşəkkürümü bildirirəm. Sizin hər birinizlə işləmək xoş idi. Kostanay və kostanaylılar barədə məndə yalnız gözəl xatirələr qalacaq. Hər şeyə görə çox sağ olun!"
 
Emil Balayevin "Tobol"a erməni əsilli baş məşqçi Qriqori Babayanın gəlişindən sonra daha bir il müqaviləsi olmasına baxmayaraq, komandadan ayrılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail