İK üç futbolçunu 4 oyunluq cəzalandırdı

17.02.2012 | 4409 dəfə oxunub

AFFA İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib. Stadium.az xəbər verir ki, iclasda əvəzedici heyətlər arasında keçirilən çempionatın son turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən 20-ci turunun “Bakı” – “Qarabağ” matçının 65-ci dəqiqəsində “Qarabağ” klubunun 4  №-li futbolçusu Kamil Hüseynov aqressiv oyuna görə (rəqibə başla zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun “Xəzər Lənkəran” – AZAL matçda “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 88-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 90  №-li futbolçusu Fikrət Ulduzlun hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun “Sumqayıt” – “Neftçi” matçda “Sumqayıt” klubunun 7 №-li futbolçusu  Aydın Qasımov simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun “Kəpəz” – “İnter” matçının 89-cu dəqiqəsində “İnter” klubunun məşqçisi Üzeyir İbrahimov hakimlərin qərarına etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün məşqçi 1 oyunluq cəzalanıb, klub 500 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun “Simurq” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 61-ci dəqiqəsində “Simurq” klubunun 11 №-li futbolçusu İlkin Qırtımov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 1000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun “Rəvan” – “Turan” matçında “Rəvan” klubunun 4, “Turan” klubunun 5  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunub. Oyunun 61-ci dəqiqəsində “Rəvan” klubunun 17 №-li futbolçusu Muxtar İsmayılov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 1000 manat cərimə olunub. Oyunun 63-cü dəqiqəsində “Turan” klubunun 11 №-li futbolçusu Səbuhi İsmayılov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail