Elmar Baxşıyev: "İnanırdıq ki, şans da bizim tərəfimizdə olacaq"

01.03.2020 | 5345 dəfə oxunub

“Qış fasiləsindən sonra həm biz, həm də “Zirə” çətin durumda idik. Lakin göstərdiyimiz futbol qarşıda daha yaxşı çıxış edəcəyimizə inam verirdi. Sadəcə nəticələr yox idi. Nümayiş olunan oyun məni də, bütün məşqçilər korpusunu da qane edirdi. İnanırdıq ki, şans da bizim tərəfimizdə olacaq".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 19-cu turunda bu gün səfərdə "Zirə" ilə keçirilən matçdan sonra mətbuat konfransında deyib.

O, 2:1 hesablı qələbəni belə şərh edib: "Sevinirik ki, bu oyunda istədiyimizi meydanda görə bildik. Matçı hissələrə bölməzdim. İlk yarıdakı oyundan çox məmnun qaldım. Verilən tapşırıqlar daha yaxşı icra olunurdu. Fasilədən sonra riskli oynamağa ehtiyac yarandı. Hesabda geridə idik. Komandanın üzərinə daha çox yük düşürdü. Sevinirəm ki, futbolçular bunun altından yaxşı çıxdılar. Abdelrafik Jerar məşqdə zədəli olduğu üçün meydana çıxmadı".

Baxşıyev komandaya yeni qoşulan futbolçuların tədricən uyğunlaşdığını və getdikcə daha yaxşı çıxış edəcəklərini bildirib: "Bu komanda oynamağı bacarır, potensialı var. Qışa qədər necə təhlükəli, necə baxımlı oynaya bildiyimizi göstərdik. Fasilədə bizi tərk edənlər oldu. Onların yerinə gələnlər elə vaxt qoşuldular ki, müəyyən vaxta ehtiyac var idi. İnanıram ki, getdikcə komanda daha yaxşı olacaq və məzmunlu oynayacaq. Rasim Ramaldanov artıq komanda ilə məşq edir. Altı ay meydandan kənarda qaldığı üçün ona da vaxt lazımdır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail