Rauf Mehdiyev: "Bu, onlar üçün son şansdır"

20.02.2012 | 4747 dəfə oxunub

"Neftçi"nin qapıçısı Rauf Mehdiyev klubun rəsmi saytına açıqlama verib. Stadium.az xəbər verir ki, Mehdiyev açıqlamasında "Rəvan"la oyunda yalnız qələbə üçün meydana çıxacaqlarını deyib:

"Hər oyunda olduğu kimi bu dəfə də meydana qələbə üçün çıxacağıq. Əlverişsiz hava şəraiti səbəbindən stadionun ot örtüyü də ağırlaşıb. İnanıram ki, havanın soyuq olmasına baxmayaraq, azarkeşlərimiz bizi tək qoymayacaq. Rəqibimiz çempionatın debütantı olsa da "altılığ"a düşmək imkanını saxlayır. Bu, onlar üçün son şansdır və ona görə də axıra kimi mübarizə aparacaqlar.

Bu baxımdan da düşünürəm ki, gərgin və maraqlı qarşılaşma olacaq. Ötən tur "Sumqayıt"la keçirilmiş matçda start heyətində yer aldım. Əgər məşqçilər heyəti şans versə, yenə komandaya kömək etməyə hazıram".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail