Premyer Liqada "qırmızı" gün

20.02.2012 | 5198 dəfə oxunub

Premyer Liqanın 21-ci turunun ilk oyun günündə maraqlı göstərici diqqət çəkib. Stadium.az xəbər verir ki, turun ilk oyun günündə keçirilən bütün qarşılaşmalar qırmızı vərəqə ilə əlamətdar olub.

Hər 3 oyunda qırmızı vərəqə qeydə alınıb. "Qarabağ" - "Kəpəz" matçında Gəncə təmsilçisinin futbolçusu Əli İsmaylılov iki dəfə xəbərdarlıq alaraq matçın son saniyələrində meydandan kənarlaşdırılıb. Zaqatalada keçirilən "Simurq" - "Bakı" matçında qonaqların üzvü, yeni transfer Lukas Horvard da ikinci sarı vərəqədən sonra qırmızı vərəqə ilə cəzalandırılıb. "İnter" - "Sumqayıt" qarşılaşmasında isə Arif Daşdəmirov birbaşa qırmızı vərəqə alaraq meydanı tərk etməyə məcbur olub.

Lakin bu qırmızı vərəqələr nəticəyə mənfi mənada təsir etməyib. "Kəpəz" oyunu ilk hissədə qapısında gördüyü qolla məğlub başa vurub. "Bakı" və "İnter" isə azlıqda ikən rəqib qapısından ikinci topu keçirib və 2:0 hesablı qələbə qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail