Nazim Əliyevdən Nikolas Kanalesə qədər

07.04.2020 | 5295 dəfə oxunub

Azərbaycan Premyer Liqasının cari mövsümünün bombardirləri cəmi 7 qol vurub.

Stadium.Az PFL-in saytına istinadən xəbər verir ki, Stiven Monroz və Baqali Dabo (hər ikisi "Neftçi"),  Mahir Emreli ("Qarabağ"), Peyman Babayi ("Sumqayıt") çempionatın ən məhsuldar oyunçularıdır. Hərçənd onların məhsuldarlığı ölkə çempionatları tarixində təsadüf olunan göstəricilərlə müqayisədə çox aşağıdır. Düzdür, ilk milli çempionatlarda komandalar daha çox oyun keçirib. Amma oyun sayındakı fərq qol sayındakı fərqlə müqayisədə daha azdır.

Bir mövsümdə ən çox qol vuran futbolçu isə Nazim Əliyevdir. O, 1992-ci ildə 39 dəfə rəqib qapılarına yol tapıb. Bunun üçün ona 33 matç kifayət edib və orta məhsuldarlığı 1,18-ə bərabər olub. Cari mövsümün bombardirlərində isə bu rəqəm 0,37-0,47 aralığında dəyişir. Bu isə təxminən üçqat fərqdən xəbər verir.

Elə həmin – 1992-ci il mövsümündə bombardirlər yarışında ikinci olan Samir Ələkbərovun göstəricisi də sonrakı illərdə əlçatmaz olub. 30 və daha çox qol vuran 5 oyunçu arasında Qurbanov qardaşları – Musa və Qurban da yer alıb. Onlar müvafiq olaraq 35 və 34 dəfə fərqlənib. 30 qol vuran digər oyunçu isə ilk çempionatın üçüncüsü Mehman Allahverdiyevdir.

Ümumilikdə isə ölkə çempionatları tarixində 10 dəfə hər hansı futbolçu 25 və daha çox qol vurub. Nazim Əliyevlə Samir Ələkbərov hamıdan çox hərəyə 2 dəfə bunu bacarıb. 10 belə hadisədən altısının müəllifi “Neftçi”nin üzvü olub.

25 və daha çox qolun vurulmasına 9 dəfə ötən əsrdə təsadüf olunub. Yalnız bir futbolçu bunu XXI əsrdə gerçəkləşdirib. Bu, “Neftçi”də 26 qol vuran Nikolas Kanalesdir.

Bir mövsümdə 25 və daha çox qol vuran futbolçular

1992. Nazim Əliyev (Xəzər S) - 39

1992. Samir Ələkbərov (Neftçi) - 36

1993/94. Musa Qurbanov (Turan) - 35

1996/97. Qurban Qurbanov (Neftçi) - 34

1992. Mehman Allahverdiyev (Kəpəz) - 30

1992. Yunis Hüseynov (Neftçi) -  29

1993/94. Fazil Pərvərov (Kəpəz) - 29

1994/95. Nazim Əliyev (Neftçi) - 26

2012/13. Nikolas Kanales (Neftçi) - 26

1996/97. Samir Ələkbərov (Neftçi) - 25



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail