"Daha yaxşı çempionatlara getmək istəyirəm" - Elvin Yunuszadə

24.04.2020 | 5400 dəfə oxunub

"Daim rəhbərliklə və baş məşqçi ilə əlaqədə oluram. Hazırda o qədər qərarsızlıq var ki, klub rəhbərliyi də heç nə deyə bilmir. Bir az səbirli olmaq lazımdır. Hansısa qərar alınsa, bizə də məlumat veriləcək"

Stadium.az xəbər verir ki, bu sözləri Sportinfo.az- a açıqlamasında Bosniya və Hersoqovinanın "Çelik" klubunun müdafiəçisi Yunuszadə deyib.

Azərbaycanlı futbolçu onu "Çelik"ə aparan Ümit Özatın Bosniyadan ayrılmaq istəməsi ilə bağlı açıqlamasında münasibət bildirib: "Ümit Özatın açıqlamasını oxumuşam. Onun işçi vizası ilə bağlı problemi hələ də qalır. Mənim özüm vizanı çox gec aldım. İşçi vizası düzəlsə, bildiyim qədəri ilə çempionatın axırına kimi komandada qalacaq. Əslində hər şey qaydasında olsaydı belə yaya kimi qalmaq fikri vardı. Düzdür, məni ora Ümit Özat aparıb. Amma bu futboldur, hər vəziyyətlə razılaşmaq lazımdır".

Yunuszadə özünün gələcək karyerası ilə bağlı isə hələ də tərəddüt içindədir: "Mənim özümün də müqaviləm yayda başa çatır. Heç özüm də bilmirəm necə olacaq. Düzü, "Çelik"də çox qalmaq istəmirəm. Daha yaxşı çempionatlara getmək istəyirəm. Fikrim yaya kimi orda oynayıb ondan sonra başqa yerə getmək idi, sadəcə koronavirus söhbətləri çıxdı ortaya. Ona görə belə qarışıq vəziyyət yarandı. Yayda yəqin ki, qərar verməyə vaxtım olacaq. İndi karyera ilə bağlı konkret nəsə demək olmur. Bir az səbirli olub, gözləmək lazımdır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail