"Xəzər Lənkəran"da "böyük kapitan"

22.02.2012 | 7290 dəfə oxunub

Premyer Liqanın 21-ci turu “Xəzər Lənkəran” klubu üçün rekord göstəricinin təkrarlanması ilə əlamətdar olub. Stadium.az xəbər verir ki, “Qəbələ” ilə görüş komandanın kapitanı Rahid Əmirquliyevin “Xəzər Lənkəran”ın heyətində 176-cı rəsmi oyunu kimi tarixə düşüb.

Bununla da yarımmüdafiəçi klub tarixində ən çox oyun keçirən futbolçu ünvanına şərik olub. Bu matçadək 176 oyunla mütləq rekorda malik Alim Qurbanovun ehtiyatda qalmasından yararlanan Rahid təcrübəli komanda yoldaşına çatıb. Qurbanovun son vaxtlar nadir hallarda meydana çıxdığını nəzərə alsaq Əmirquliyev tezliklə mütləq rekordun da sahibi olacaq.
 
2006-cı ilin yayından “Xəzər Lənkəran”da çıxış edən yarımmüdafiəçi 176 matçlıq rekorda özünün komandadakı 6-cı mövsümündə çatıb. Bu müddətdə Azərbaycan çempionatı və kuboku ilə yanaşı Çempionlar Liqası, Avropa Liqası (UEFA kuboku) və Birlik kubokunda da oynamış futbolçu bir sıra titullar da qazanıb. Ölkə çempionu, 3 qat kubok sahibi və Birlik kubokunun qalibi olan Rahid bu müddətdə 22 qol sevinci yaşayıb. Bunlardan ikisi bu il baş tutan AZAL və “Qəbələ” ilə qarşılaşmalarda vurulub. “Xəzər Lənkəran”ın 2012-ci ildə rəsmi matçlarda vurduğu bütün qolların müəllifi olan kapitan cari mövsümdə 10-cu dəfə meydana kapitan sarğısı ilə çıxıb.
 
Qeyd edək ki, ötən ilin “Bakı” ilə baş tutan son oyununda da qol sevinci yaşayan Rahid ardıcıl 3 matçdır meydanı qolsuz da tərk etmir. Üstəlik bakılıların qapısına vurulan məhz sonuncu qolun da Əmirquliyevin hesabında olduğunu da nəzərə alsaq “Xəzər Lənkəran”ın rəsmi oyunlarda vurduğu son 3 qol rekordçu kapitandan 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail