"Qarabağ"ın debütantı ilk matçından danışdı

22.02.2012 | 5153 dəfə oxunub

“Qarabağ” Premyer Liqanın sonuncu turunda “Kəpəz”lə qarşılaşdı. Stadium.az xəbər verir ki, gəncəlilərlə görüşdə diqqətçəkən bir məqam komandanın yeni transferi Eltun Yaqublunun start heyətində meydana çıxması oldu.

Maksim Medvedevin yoxluğunda sağ cinah müdafiəçi mövqeyində çıxış edən Eltunun debütü uğurlu oldu. 90 dəqiqə ərzində etibarlı çıxışıyla yadda qalan 20 yaşlı müdafiəçi oyunla bağlı danışıb:

“İlk dəfə Premyer Liqada start heyətində  meydana çıxırdım. Deməzdim ki, xüsusi bir həyəcan vardı. Çalışdım ki, ən yaxşısını edim, komandanın futbolunu oynayım.  Start heyətində çıxış etməyim gözlənilməz olmadı. Ona görə ki, Qurban müəllim həmişə deyir ki, hamı meydana çıxmağa hazır olmalıdı. Bu baxımdan şanısımı gözləyirim. Qurban müəllim oyundan qabaq dedi ki, sərbəst ol, rahat oyna. İstədiyin kimi davran. Səhv etməkdən çəkinmə. Qalan tapşırıqları taktiki idi. Meydanda bir tərəfdən bir üstünlüyüm vardı ki, Rəşad Sadıqov Admir Teli kimi güclü müdafiəçilərlə çıxış edirdim. Onlarla oynamaq mənim üçün böyük bir şansdı. Daim mənə dəstəkləyir, məsləhət verirdilər. Şükürlər olsun ki, qələbə qazana bildik. 3 xal bizim üçün vacib idi. Gələcək matçlarda oynyaıb-oynmayacağım məndən asılı deyil. Baş məşqçimiz necə məsləhət bilsə, elə də olacaq. Məşqimi edib mənə veriləcək şansımı gözləyəcəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail