"Ödənilməyən maaşlarımız var" - "Sumqayıt"ın futbolçusu

04.05.2020 | 4728 dəfə oxunub

"Sumqayıt"ın israilli futbolçusu Əmir Ağayev ölkəsinin mətbuatına açıqlama verib. 

Stadium.az xəbər verir ki, o, ilk olaraq Azərbaycandakı karantin rejiminin uzadılmasından danışıb: "Komanda ilə "Zoom" proqramı vasitəsi ilə onlayn məşqlər keçirdik. Qəflətən televiziya vasitəsilə elan etdilər ki, karantin müddəti mayın 31-dək uzadılıb". Ə.Ağayev mövsümün bərpa olunacağına inanmadığını deyib: "Komandada özümlə birlikdə təqribən 15 oyunçunun müqaviləsi mövsümün sonunda başa çatacaq. Bu, müəyyən problemlər yaradacaq. İsrail hökuməti vətəndaşlarını ölkəyə aparmaq üçün xüsusi reyslər təşkil edir. Amma hazırda qeyri-müəyyənlikdir. Çünki qayıdıb-qayıtmayacağım sual altındadır.

Mayın 31-də "Sumqayıt"la müqaviləm başa çatacaq və azad oyunçu olacağam. Belə də İsrailə qayıda bilərəm. Bundan başqa, hələ də ödənilməyən maaşlarımız var. Bu, kabus və qeyri-müəyyənlikdir".

28 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, növbəti mövsüm "Sumqayıt"da qalıb-qalmayacağından asılı olmayaraq, mütləq ölkəsinə yollanacaq: "Çünki 1 ildir İsraildən kənardayam. Yoldaşım hamilə olduğu üçün qış fasiləsində gedə bilmədim. İndiki vəziyyətdə ölkəmə qayıdıb-qayıtmayacağım isə hələ məlum deyil".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail