Dodo: "Xəzər Lənkəran"ın gücünə hamı bələddir"

22.02.2012 | 8443 dəfə oxunub

"Qəbələ"nin 21-ci turda "Xəzər-Lənkəran" üzərində qələbə qazanmasında əsas pay sahiblərindən biri də Dododur. Stadium.az xəbər verir ki, bu tur həm də Dodo üçün Yubiley matçı kimi yadda qalıb.

"Qəbələ"nin heyətində 20-ci oyununa çıxan braziliyalı əzmkar oyunu, mübarizliyi, sürəti və cəldliyi ilə komandanı arxasınca aparan lokomotiv rolunu oynayıb. Amma Dodo cənublularla matçda fərdiçiliyin deyil, kollektiv oyunun uğur gətirdiyini deyib:

"Xəzər Lənkəran"ın gücünə hamı bələddir. Çətin oyun olacağını bilirdik. Turnir cədvəlindəki yerimizi və hədəflərimizi nəzərə alaraq matça xüsusi hazırlanmışdıq. Hamı üzərinə düşən məsuliyyəti dərk edirdi. Qarşılaşma 90 dəqiqə mübarizə çəraitində keçdi. amma düşünürəm ki, biz qələbəni daha çox istəyirdik və qələbəyə layiq idik. Çoxlu qol epizodlarımız oldu. 3 xal qazandığımıza görə sevincliyəm. Amma qələbəni fərdi oyunla deyil, kollektiv oyunla əlaqələndirərdim. Məşqçilər korpusunun və futbolçuların komanda halında bir hədəfə köklənməsi sonda qalibiyyətlə nəticələndi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail