Füzuli Məmmədov: "Bir həftəlik məşqlə futbolçuların meydana çıxması fədəkarlıqdır"

11.06.2020 | 5365 dəfə oxunub


"Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov "Keşlə" ilə "Bakcell Arena"da oynanılan yoxlama matçından (3:1) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Üç ay futbol oynamayandan sonra cəmi bir həftəlik məşqlə futbolçuların meydana çıxması fədəkarlıqdır. Böyük risklər var. Futbolçuların fiziki durumu yerində deyil. Üstəlik, hava da çox isti idi. Amma futbolçular əzmkarlıq göstərib tapşırıqları yerinə yetirməyə çalışdılar. Çatışmazlıqlarımız çoxdur. Amma bunların üzərində işləmək üçün vaxtımız var.

- Dario Federiko “Neftçi”də istənmədiyini deyib...

- Onun bizimlə müqaviləsi var. Elə bir danışığımız olmayıb ki, klub onu istəmir. Bu gün oyunundan razı qaldım.

- Soni Mustivar alışmadığı mövqedə - müdafiənin sol cinahında oynayırdı. Necə təsir bağışladı?

- Rəsmi oyun olmadığı üçün orada yoxlamaq istədik. Orta sahə oyunçusu olsa da, sol cinahda da maksimum çalışdı. Oyunu məni qane etdi.

- Ömər Buludovun olmaması nə ilə bağlı idi?

- Məşqdə zədələnmişdi. Ona görə risk etmək istəmədik.

- Baqali Dabonun gedəcəyi deyilirdi? Bu məsələ nə yerdədir?

- Düşünürəm ki, sona qədər bizimlə olacaq.

- Qardaşınız Xaqani Məmmədovun "Neftçi"nin məşqçilər korpusuna gələcəyi barədə xəbərlər var...

- Bilmirəm, bu xəbərlər necə çıxır. Belə bir şey yoxdur. O, “Qəbələ”də işləyir. Bizim planımızda heç vaxt belə bir şey olmayıb. Əgər bir məlumat yazılırsa, həmin məşqçinin işlədiyi yer üçün də ziyan olduğunu düşünmək lazımdır. Onu “Neftçi”yə gətirmək planımız yoxdur.

- "Neftçi” həftəsonu üçün “Qəbələ”yə gedəcəkmi?

- Xeyr, Bakıda qalacağıq 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail