Nazim Süleymanov: "Təəssüf ki, son dəqiqədə qol buraxdıq"

24.02.2012 | 4673 dəfə oxunub

Dubayda keçirilən təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçında Sinqapurla qarşılaşmış Azərbaycan millisinin məşqçisi Nazim Süleymanov yığmada məşqçi kimi debütünü dəyərləndirib. Stadium.az xəbər verir ki, oyundan sonra açıqlama verən Süleymanov 2:2 hesablı heç-heçə ilə bitən qarşılaşma barədə bunları deyib: "Doğrudur, bu yoxlama matçı idi, ancaq son dəqiqədə qol buraxdıq və qələbəni əldən verdik. Qələbə hər zaman şirindir. Təəssüf ki, son saniyələrdə futbolçuların, az da olsa, oyuna köklənməsində əskiklik yarandı və qol buraxdıq".

Bu qarşılaşmada bir neçə gənc oyunçuya şans verdiklərini deyən Nazim Süleymanov onların oyunundan razı qaldıqlarını deyib və Foqtsla birlikdə işləməsi barədə verilən sualı da cavablandırıb: "Bu gün bir neçə yeni oyunçuya şans verdik, onların oyununu nəzərdən keçirdik. Ümumilikdə, narazı qalmadıq. Qarşıda daha iki yoxlama oyunu keçirməyi planlaşdırmışıq. Həmin qarşılaşmalarda da gənc oyunçuları sınayacağıq.

Foqtsla birlikdə komandanı daha yaxşı vəziyyətə gətirmək üçün əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, qələbələrlə azarkeşlərimizi sevindirək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail