Roman Qriqorçuk: "Milli komandada işləməyə hazıram"

07.07.2020 | 7494 dəfə oxunub

"Qəbələ"nin və "Astana"nın sabiq baş məşqçisi Roman Qriqorçuk bu yaxınlarda adının Azərbaycan millisi ilə hallanmasına münasibət bildirib.

Stadium.Az xəbər verir ki, o, Ukrayna mətbuatına müsahibəsində bununla bağlı deyib:

"Mən həmişə bu suallara belə cavab verirəm: "Şərh yoxdur". İndi müasir dünyada bir çox fərqli məlumat yayılır, eləcə də idman mediasında. Bəzən haradan gəldiyini  başa düşmək belə çətindir. Bu cür xəbərləri şərh etməklə, belə söhbətləri daha da gücləndirmiş oluruq. Digər tərəfdən, milli komandalarda mümkün işlə bağlı fikrimi bildirmişdim, bu təcrübə mənə maraqlı gəlir. Milli komanda və klubda işləməyə hazıram. Əlbəttə, bunların ikisi də fərqli işlərdir. Əvvələr özümü heç bir yığma komandanın baş məşqçisi kimi təsəvvür edə bilmirdim. Ancaq son bir-iki ildə bu istiqamətdəki fəlsəfəm düzəldi və bu işə hazır olduğumu gördüm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail