Tək prezident - RÖVNƏQ ABDULLAYEV

25.02.2012 | 5106 dəfə oxunub

Əvvəlcədən məlumat verildiyi kimi, bu il martın 9-da, saat 10:00-da AFFA-nın inzibati binasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının növbəti hesabat-seçki Konfransı keçiriləcək. Stadium.az xəbər verir ki, konfransda əvvəlcə AFFA rəhbərliyinin hesabatı dinləniləcək, sonra isə AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək.

Nizamnaməyə uyğun olaraq, artıq assosiasiya prezidentliyinə və İcraiyyə Komitəsinin üzvlüyünə namizədlərin irəli sürülməsi vaxtı başa çatıb. Qeyd olunub ki, AFFA-nın Nizamnaməsinin 35-ci maddəsinə əsasən prezident, vitse-prezidentlər və İcraiyyə Komitəsi üzvlərinin mandat müddəti 4 ildir. AFFA prezidentinin və İcraiyyə Komitəsi üzvlərinin mandat müddəti bu il başa çatır.

Qeyd etmək istərdim ki, AFFA prezidentinin seçilməsi AFFA-nın Nizamnaməsinin 41-ci maddəsinin, İcraiyyə Komitəsinin üzvlərinin seçilməsi isə AFFA-nın Nizamnaməsinin 34-cü maddəsinin tələblərinə uyğun olaraq həyata keçirilir.

Prezidentliyə namizəd ən azı AFFA-nın bir üzvü, İcraiyyə Komitəsinə hər bir namizəd isə yalnız bir AFFA üzvü və dolayı üzvü tərəfindən Konfransın keçirilmə tarixindən ən azı 15 gün əvvəl təklif olunmalıdır. Prezident öz namizədliyini irəli sürmək hüququna malikdir. Namizədlərin siyahısı artıq AFFA-nın baş katibliyinə göndərilib. 

AFFA prezidentliyinə namizəd

1. Rövnəq Abdullayev – namizədliyini özü irəli sürüb
 
İcraiyyə Komitəsinin üzvlüyünə namizədlər

1. Rauf Əliyev – «Neftçi» PFK tərəfindən
2. Hafiz Məmmədov – «Bakı» FK tərəfindən
3. Ələkbər Məmmədov – «İnter» PİK tərəfindən
4. Kazbek Tuayev – AZAL FK tərəfindən
5. Cahangir Hacıyev – Bakı Futbol Federasiyası tərəfindən
6. Elmar Qasımov – Futbol Veteranları İttifaqı tərəfindən
7. Mahir Məmmədov – Çimərlik Futbol Federasiyas tərəfindən
8. Mirkamil Rəhimov – Uşaq və Gənclər Futbol Federasiyası tərəfindən
9. Elşad Nəsirov – Futbolsevərlər Birliyi tərəfindən
10. İsgəndər Cavadov – Şimal Regional Futbol Federasiyası tərəfindən



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail