İlham Əliyev “Birlik Kuboku”nun qalibi “İnter”i qəbul edib

14.02.2011 | 4978 dəfə oxunub

rnrn

rnrnrnrnrnrn

Bu gün Azərbaycan prezidenti İlham Əliyev “Birlik Kuboku”nu qazanmışrnBakının “İnter” klubunun futbolçularını və məşqçilərini qəbul edib. Stadium.az xəbər verir ki, ölkə başçısı Rusiyada keçirilənrnturnirdə qazanılmış qələbə münasibətilə futbolçuları, məşqçiləri və mütəxəssislərirntəbrik edərək deyib:

rnrnrnrn

“İnter” komandasının bütün nümayəndələrini,rnbütün üzvlərini MDB-nin “Birlik Kuboku” yarışlarında qazanılmış inamlı qələbərnmünasibətilə təbrik edirəm. Bu qələbə bütün Azərbaycan xalqını sevindirdi. Bu,rnartıq gözəl ənənədi. Bizim komandalarımız “Birlik Kuboku” yarışlarında üçüncürndəfədi ki, birinciliyi əldə edirlər. 2006-cı ildə “Neftçi”, 2008-ci ildə “XəzərrnLənkəran”, indi isə “İnter” komandası bu mötəbər yarışda qalib gəlmişdir. Bu,rnçox böyük qələbədi, hadisədi. Bir daha sizi – futbolçuları, məşqçiləri, bütünrnidman mütəxəssislərini bu qələbə münasibətilə təbrik edirəm.

rnrnrnrn

Yarışlar çox gərgin keçmişdir. Bizimrnkomandamız altı oyunda qələbə qazanmışdır. Mənə verilən məlumata görə, 16 toprnvurmuş, öz qapısından isə bir top da buraxmamışdır. Bu, özlüyündə böyük birrngöstəricidir. Hər bir oyun çox vacib idi, amma sirr deyil ki, Azərbaycanrnazarkeşlərinin ən çox marağını cəlb edən Ermənistan komandası ilə olan oyunrnidi. Siz bu inamlı qələbə ilə bütün Azərbaycan xalqını sevindirmisiniz. Böyükrnüstünlüklə qalib gəlmiş, rəqib komandanı darmadağın etmisiniz.

rnrnrnrn

Bir sözlə, bu qələbə onu göstərir ki,rnAzərbaycanda artıq futbolda böyük və inamlı addımlar atılır. Futbol inkişafrnedir, həm milli komandamız rəsmi oyunlarda artıq qələbələrə qədəm qoyubdur, həmrndə klublarımız. Deyə bilərəm və siz də yaxşı bilirsiniz ki, klublarımız daharnböyük qələbələr əldə edirlər.

rnrnrnrn

Azərbaycan çempionatı da maraqlı keçirrnvə ildən-ilə oyunlara maraq artır, komandalar güclənir. Ümid edirəm ki, yaxınrngələcəkdə bizim komandalarımız daha böyük nailiyyətlərə çatacaqlar.

rnrn

Azərbaycan azarkeşləri, əslində, idmançılarımızınrnqələbələrinə bir növ öyrəşmişlər. Müxtəlif idman növlərində bizim böyükrnnəticələrimiz var. Olimpiya, dünya, Avropa çempionlarımız var. Əlbəttə ki,rnfutbolda əldə edilmiş qələbə xüsusi məna daşıyır.  Mən bu böyük qələbərnmünasibətilə sizin hamınızı bir daha təbrik edirəm. Komandaya yeni uğurlarrnarzulayıram. Əminəm ki, siz növbəti illərdə də Azərbaycan azarkeşlərinirnsevindirəcəksiniz”.

rnrnrnrn

Daha sonra prezident İlham Əliyev Azərbaycanrnfutbolunu dünya standartlarına çatdırmaq üçün hələ çox işlər görməyinrnvacibliyini vurğuladı, hazırda federasiyanın fəaliyyətinin gücləndiyini, klubrnvə uşaq futboluna, futbol infrastrukturunun yaradılmasına diqqətinrnartırıldığını bildirib. Azərbaycanda qeyri-ənənəvi idman növlərinin də inkişafrnetdirildiyini deyən prezident İlham Əliyev futbolun ölkəmizdə həmişərnsevildiyini vurğulayıb. Azərbaycan komandasının hələ SSRİ dövründə ölkərnçempionatında bürünc medal qazandığını xatırladan dövlətimizin başçısırnmüstəqillik illərində respublikamızın futbol klublarının bir çox yarışlardarniştirak etdiyini, qazanılan hər bir qələbənin hamımızı sevindirdiyini bildirib.

rnrnrnrn

Prezident İlham Əliyev əmin olduğunurnbildirib ki, dövlətin dəstəyi və federasiyanın məqsədyönlü işi Azərbaycandarnfutbolun inkişafını daha da sürətləndirəcəkdir. Hazırda bir çox mütəxəssislərinrnAzərbaycan çempionatının səviyyəsinin yüksəldiyini vurğuladığını deyənrnprezident komandalarımızın beynəlmiləl tərkibinin inkişafa xidmət etdiyinirnsöyləyib. Dövlət başçısı bildirib ki, Azərbaycanda bütün xalqlarınrnnümayəndələri həmişə dostluq şəraitində yaşamış və ölkəmizin inkişafınarnçalışmışlar.

rnrnrnrn

“İnter” komandasının böyük gələcəyininrnolduğunu deyən İlham Əliyev bir daha bildirib ki, Azərbaycan dövləti gələcəkdərndə futbolun inkişafına böyük diqqət yetirəcəkdir. Dövlət başçısı bu sahədərninfrastrukturun inkişafı, stadionların tikintisi ilə bağlı böyük planlarınrnolduğunu, bu il Azərbaycanda yeni futbol stadionunun inşasına başlanılacağınırnxatırladıb.

rnrnrnrn

“İnter”in oyunçusu Rövşən ƏmiraslanovrnAzərbaycanda futbolun inkişafına hərtərəfli qayğısı və dəstəyinə görə prezidentrnİlham Əliyevə futbolçular, “İnter” klubu və futbol ictimaiyyəti adındanrnminnətdarlığını bildirib.

rnrnrnrn

“İnter” klubunun prezidenti GeorgirnNikonov “Birlik Kuboku”nu və medalını, üzərində “İnter” futbolçularının imzasırnolan topu, habelə komandanın futbol geyimini dövlət başçısına hədiyyə edib.

rnrnrnrn

Görüşdə AFFA prezidenti RövnəqrnAbdullayev, baş katib Elxan Məmmədov və PFL prezidenti Ramin Musayev də iştirakrnedib.

rnrn

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail