"Sumqayıt" Rail Məlikova məşqçi olmağı təklif edib

16.08.2020 | 7778 dəfə oxunub

"Mənə "Sumqayıt" klubunda işləmək təklif olunub. Hələ ki, futbolçu karyeramı başa vurmaq istəmirəm. Amma yekun qərarımı yaxın günlərdə verəcəyəm". 

Stadium.Az xəbər verir ki, bu fikirləri açıqlamasında "Sumqayıt"la yollarını ayıran Azərbaycan millisinin sabiq futbolçusu Rail Məlikov deyib. 

35 yaşlı müdafiəçi bildirib ki, futbolla vidalaşsa, məşqçi kimi fəaliyyətə başlayacaq. Məlikov Azərbaycan Premyer Liqası başlasa da, qərar vermək barədə tələsmədiyini sözlərinə əlavə edib: "Karyeramı ölkə xaricində davam etdirə bilərəm. Hələ ki, fikirləşirəm. Bəlkə Azərbaycan çempionatında oynadım, heç nə bəlli deyil. Karyeramı bitirsəm, məşqçi kimi işləyəcəyəm, bu, dəqiqdir".

"Sumqayıt" Rail Məlikova əvəzedici komandanın məşqçilər korpusunda yer almağı təklif edib. "Gənclik şəhəri" təmsilçisi 2016-cı ildən klubda çıxış edən Rail Məlikovla bu yay yollarını ayırıb. 2004 - 2011-ci illərdə Azərbaycan millisinin formasını geyinmiş müdafiəçi ölkədə "Bakı", "Neftçi", "Qəbələ" və AZAL-ın da formasını geyinib. Məlikov 2014/2015 mövsümündə Türkiyədə "Denizlispor"da legioner həyatı yaşayıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail