Qurban Qurbanov: "Rəqib zəif deyil, ciddi yanaşırıq"

17.08.2020 | 6127 dəfə oxunub

Çempionlar Liqasının I təsnifat mərhələsində sabah Şimali Makedoniyanın “Sileks” klubu ilə qarşılaşacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı. 

Stadium.az xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirdi:

- Çox danışmağa ehtiyac yoxdu. Bir oyundan ibarət mərhələdi. Buna görə də çox diqqətli və məsuliyyətli olmalıyıq. Oyun təcrübəmiz yoxdu. Futbolçular pis hazırlaşmayıblar, hər şeyi gözəl dərk edirlər, maksimum diqqətli olmalıyıq. Sabah meydanda yaxşı mübarizə olmalıdı.

- Rəqibin oyununu necə təsvir etmək olar?

- Əsas son iki oyuna baxmışıq. Topla oynamağı sevən komandadı, öz oyun üslubu var. Burda hansı oyunu göstərəcəklərini deyə bilmərik. Diqqəli olmalıyıq.

- Stadionda sanki ot örtüyü ilə bağlı problem var?

- Bir az problem var. Bu aylarda belə olur. Yenə də stadion işçiləri çalışacaqlar ki, oyuna qədər daha yaxşı vəziyyətə gətirsinlər.

- Yeni futbolçuların adaptasiya prosesi necə gedir?

- Normaldı. Qəbələdə özlərini yaxşı tərəfdən göstərdilər. Hər biri peşəkar futbolçudu. Ancaq 3-4 rəsmi oyun keçirməsələr, komandaya faydaları haqda danışa bilmərik. Təcrübəli oyunçulardı, ümid edirəm ki, tez bir zamanda tam uyğunlaşacaqlar.

- Həmişə rəqibə ciddi yanaşmısız. Ancaq “Sileks”lə bağlı elə təəssürat yaradılıb ki, çox zəif komandadı. Yəqin ki, futbolçular da belə məqamlardan xəbərdardı. Belə məqamda futbolçuları kökləmək nə dərəcədə çətindi?

- Bəli, həmişə hər bir rəqibə ciddi yanaşmışıq. Bu turnirdə zəif komanda olmur. Futbolçular neçə illərdi bu təcrübəni yaşayırlar. Əvvəlki illərdə belə yanaşmalar ola bilərdi, amma hər zaman meydanda tam əksini görmüşük. Rəqib zəif deyil, ciddi yanaşırıq. Sürətli futbolçuları var. İnanmıram ki, futbolçularım belə reaksiya versinlər.

- Azarkeşsiz olsa belə, doğma meydanda oynayacaqsız, avrokubok təcrübəsi var və s. Bunlar “Qarabağ”ın xeyrinə olan məqamlardı. Bəs “Sileks”in xeyrinə hansı amillər var?

- Bir oyundan həmişə ehtiyatlanmışam. Futbolçular buna böyük əhəmiyyət verir. Bizim ev oyunlarında üstünlüyümüz həmişə azarkeş amili olub. Bu da rəqib üçün çətinlik yaradıb. Azarkeşsiz oynamağımız rəqibin üstünlüyüdü. Amma bu situasuyaya uyğunlaşmalıyıq.

- Emil Balayevi tanıyırıq, Gerye daha əvvəl oynayıb komandamızda, Kevin Medina və Uroş Matiç isə yeni qoşulub. Onları meydanda görə bilərikmi?

- Yəqin ki, bu futbolçular oynayacaq. Ən gec qoşulanlardan biri Matiç idi. Amma təcrübəsi bəzi çatışmazlıqları aradan qaldırmağa kömək edəcək.

- Rəqibin heyətində hansı futbolçuları təhlükəli hesab edirsiz?

- Sağ və sol hücumçuları çox sürətlidi. Sağ cinah müdafiəçiləri çox yaxşıdı. İndividual olaraq yüksək səviyyəli futbolçulara malikdilər.

- Təkli oyunlarda psixoloji amil böyük rol oynayır və bu durumun nə qədər davam edəcəyi bəlli deyil. Bununla bağlı komandaya peşəkarları cəlb etmək fikriniz varmı?

- Düşünürüəm ki, ehtiyac yoxdu buna. Neçə illərdi bu turnirlərdə iştirak edirik. Məşqçi heyəti və rəhbərlik olaraq futbolçuların psixoloji sıxıntıya düşməməsinə çalışırıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail