Dario Şimiç Bakıya gələcək

28.02.2012 | 5271 dəfə oxunub

Bu il sentyabrın 22-dən oktyabrın 13-dək Azərbaycanda təşkil olunacaq FİFA U-17 qadınlararası dünya çempionatına dəstək olmaq məqsədilə dünya futbolunun tanınmış simalarından biri, xorvatiyalı veteran futbolçu Dario Şimiç martın 2-də Bakıya gələcək. Stadium.az xəbər verir ki, martın 4-dək davam edəcək səfər çərçivəsində D.Şimiç 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının AFFA Futbol Mərkəzindəki «Dalğa Arena»da gürcüstanlı həmyaşıdları ilə keçirəcəyiyoldaşlıq oyunlarını izləyəcək.

Qeyd edək ki, futbolçu karyerası ərzində Dario Şimiç bir çox uğurlara nail olub. 1992-1998-ci illər ərzində Xorvatiyanın «Dinamo» (Zaqreb) klubunda çıxış edən D.Şimiç 5 dəfə Xorvatiya çempionu, 4 dəfə ölkə kuboku tituluna yiyələnib. 1998-ci ildə İtaliyanın «İnter» klubuna keçən Dario burada 4 il çıxış edib. 2002-ci ildə «Milan»a transfer olunan Şimiç 2008-ci ilədək «rossonyeri»lərin idman şərəfini qoruyub. Futbolçu 2008-2010-cu illər ərzində Fransanın «Monako» klubunda oynayıb. Şimiç 1 dəfə İtaliya çempionu olub, 1 dəfə İtaliya kubokunun qalibi adını qazanıb, 1 dəfə isə İtaliya Superkubokunu başı üzərinə qaldırıb. Beynəlxalq klub turnirlərində Dario 2 dəfə Çempionlar Liqasının, 2 dəfə Avropa Superkubokunun, 1 dəfə isə Klublararası dünya çempionatının qalibi olub. 1996-cı ildən 2008-ci ilədək Xorvatiya milli komandasının heyətində çıxış edən Dario Şimiç 1998-ci ildə Fransada keçirilən dünya çempionatında üçüncü yeri tutub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail