"Qarabağ" növbəti Avrokubok oyununu “Azersun Arena”da keçirəcək?

19.08.2020 | 6892 dəfə oxunub

"Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibini “Azersun Arena”da qəbul edə bilər. Stadium.Az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov 1-ci təsnifat mərhələsində Şimali Makedoniya "Sileks"inə 4:0 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransında bildirib.

48 yaşlı mütəxəssis deyib ki, Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün durumunu nəzərə alaraq, "Sileks"lə qarşılaşmadan öncə də UEFA-ya müvafiq xahişlə müraciət etsələr də, istəkləri qəbul olunmayıb: "İcazə versələr, növbəti görüşü “Azersun Arena”da keçirə bilərik. Bəlkə 10-15 gündən sonra Respublika stadionunun ot örtüyü düzələcək. Amma yenə də biz müraciətimizi etmişik".

"Qarabağ" 2-ci təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq. Bu mərhələnin görüşləri 25-26 avqustda keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail