Füzuli Məmmədov: "Tezliklə bu problem aradan qaldırılacaq"

22.08.2020 | 6432 dəfə oxunub

“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 1-ci turunda Səbail”ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında oyun haqda danışıb, jurnalistlərin suallarını cavablandırıb: 
 
- Uzun fasilədən sonra yenidən görüşdük. Çox xoşdur. İlk oyunların çətin olduğunu bilirik. Əsas çətinlik də ondan ibarətdir ki, uzun müddətdir rəsmi oyun keçirmirdik. Futbolçularım meydanda çox əziyyət çəkdilər. Yaxşı komandaya qarşı oynadıq. “Səbail” gənc heyətə malik komandadır. Onlarda məşqçi işi görünürdü.
 
- İstədiyiniz “Neftçi”ni görə bildiniz?

- İlk oyunlar çətin olur. Oyundan-oyuna futbolçular optimal formaya yaxınlaşacaqlar. Bəzi epizodlarda istədiyimizi alırdıq, bəzilərində səhvlər olurdu. Amma getdikcə daha yaxşı olacaq.
 
- Hücumçu axtarışı nə yerdədir?

- Bir transfer alınmalıdır. Bütün detallar demək olar bitib. Düşünürəm ki, növbəti həftə yeni hücumçumuz bizimlə olacaq.
 
- Ot örtüyü yaxşı vəziyyətdə deyildi. Bununla bağlı rəhbərliklə görüşünüz olub?

- Bəli, bununla bağlı fikirlərimizi bildirdik. Tezliklə bu problem aradan qaldırılacaq. Bu arenadakı ot örtüyü hər zaman yüksək səviyyədə olur. Düşünürəm ki, gələn həftəyə hər şey yaxşı olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail