Qurban Qurbanov: "Miçel olanda başqa cür oynayırdıq"

26.08.2020 | 5613 dəfə oxunub

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin oyununda Bakıda "Şerif"i 2:1 hesabıyla məğlub edən "Qarabağ" III tura yüksəldi. Stadium.Az xəbər verir ki, oyundan sonra təşkil olunan mətbuat konfransında komandanın baş məşqçisi Qurban Qurbanov jurnaloistlərin suallarını cavablandırıb: 

- Qalib gəldik. Komandanı təbrik edirəm. Son günlərdə üçüncü oyunumzdu. Uşaqların gücü çatdı və oyunu qalib tamamladıq. Oyunumuz biraz da əsəbi alındı. Əsas odur ki, futbolçualrımız III tura yüksəlməyi təmin etdi.

- Komandada yaranan yorğunluq nəylə bağlı idi?

- Arxayınçılığın yaranmasını deməzdim. Sadəcə rəqib daha inamlı oldu, oyunun sonlarında. Qalan dəqiqələrdə də oyuna nıəzarət edirdik. Bu komandadda hər kəs diqqətli olmalıdır. 

- Miçeldən aldıqlarını Matiçdən də ala bilirsizmi?

- Miçel olanda başqa cür oynayırdıq. Bu gün isə bir qədər fərqli çıxış edirik. Matiçi daha yaxşı səviyyədə görəcəyik. Hələ ki, onun fiziki forması yaxşı durumda deyil. 

- Qarşıdan millinin də oyunu gəlir. Bu cür sıx qrafik futbolçular üçün fiziki formalarını bərpa etmək üçün yaxşı olacaq, yoxsa uçuruma aparacaq? 

- Çox çətin ola bilər. Oyundan sonra futbolçunun bərpası üçün vaxt lazımdı. Təkcə milli komanda deyil, ümumiyyətlə, qrafikimiz ağırdı.  Hamı eyni qrafikdə oynasa oyunların tempi aşağı düşə bilər. Sıx qrafik həyacan yaradır.

- Rəqibin baş məşqçisi mətbuat konfransına qatılmaq istəmir. Sizdə də belə hal olubmu?

- Olub, bir dəfə. "Qarabağ"da üçüncü oyunum idi, səhv etmirəmsə. Suraxanıda "Simurq"a uduzmuşduq. O oyunda belə hal olmuşdu.

- Müdafiəylə bağlı narahatçılığınız oldumu?

- Biz daha yaxşı müdafiə xətti görəcəyik. Bu elə bir səhvlərdir ki, buları düzəldə biləcəyik. Bunlar hamısı yorğunluqdan yaranan texniki səhvlər idi. Hər bir halda futbolçular daha dəqiq oynamağı düşünməlidirlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail