Tahir Gözəl: "Norveç tərəfinin bu ədalətsizliyi bizi həqiqətən məyus edir"

10.09.2020 | 5365 dəfə oxunub

Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" Bakıda Norveç təmsilçisi "Molde"ni qəbul etməli olsa da, qarşı tərəf  COVİD-19 pandemiyasını bəhanə gətirərək Azərbaycana gəlməkdən boyu qaçırır. "Molde"nin ölkəyə qayıtdığı zaman dövlətin müvafiq qurumları tərəfindən 10 gün karantində saxlama durumu səbəbindən ölkəmizə gəlməkdən çəkinməsi oyunun təyinatıyla bağlı yubanma yaradıb.

Qol.az-ın xəbərinə görə, "Qarabağ"ın prezidenti Tahir Gözəl baş verən hadisəni klubun saytına dəyərləndirib.

O deyib:  "Hazırda yaranmış vəziyyət həqiqətən çox üzücüdür. Norveç tərəfinin bu ədalətsizliyi bizi həqiqətən məyus edir. Bu məsələdə "Qarabağ"  tərəfi sonuna qədər haqlı olsa da, UEFA Norveç tərəfinin haqsız inadkarlığı nəticəsində oyunun neytral meydançada keçirilməsinə yönəlib. Biz hər zaman ədalətli oyunun tərəfdarı olmuşuq. Əgər püşk bizi Norveçdə oynamağa göndərsəydi, məmnuniyyətlə ora gedərdik. Amma görünən odu ki, qarşı tərəf fərqli bəhanələrlə Azərbaycana gəlməkdən imtina edərək neytral meydanda oynamaq istəyir. Biz nə texniki məğlubiyyət, nə də texniki qələbə istəyirik. AFFA rəhbərliyi ilə müzakirələrimiz nəticəsində qarşılaşmanın üçüncü ölkədə keçirilməsi haqqında qərar verilsə, orada oynamağa razılıq verəcəyik. Buna səbəb bizim futbolu bir idman, bu oyunun masa arxasında deyil, yaşıl meydanda olan bir oyun kimi görməyimizdir. Mən komandama inanıram və bu qarşılaşmanın yaşıl meydanda qazanılmasını arzulayıram. Qərar nə olursa-olsun, komandamın yanındayam və sona qədər dəstəyimi əsirgəməyəcəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail