Yunis Hüseynov: "Bizdən xəbərsiz gedib, səbəbini dəqiq bilmirəm"

12.09.2020 | 4309 dəfə oxunub

“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 2-ci turunda “Qarabağ”la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:
 
- "Qarabağ" Azərbaycanın ən yaxşı komandalarından biridir. Məqsədimiz qələbə qazanmaq idi. Hesabdan və oyundan narazı qalmadım. Komandamız hər oyunda belə döyüşkən olsa, daha yaxşı nəticələr əldə edə bilərik, yaxşı yerlər uğrunda mübarizə aparacağıq.
 
- "Laçi" ilə oyundakı "Keşlə" başqa idi, indi başqa. Komandada nə dəyişdi?

- Avroliqada mübarizə bir oyundan ibarət idi. "Laçi" ilə oyunda da komandamız pis təsir bağışlamadı. Düzdür, elə də çox qol imkanımız olmamışdı. Amma dirəyə dəyən toplar var idi, 100 faizlik qol epizodlarımız oldu. Uşaqlara demişəm ki, hər oyuna final matçı kimi çıxın. Bu gün də özlərini yaxşı tərəfdən göstərdilər. Getdikcə daha da yaxşı olacağıq.
 
- Aleksandr Kristovao kimin əlindən qaçıb getdi?

- Heç kimin əlindən qaçmayıb. Bu mövsüm iki oyunumuzda əsas heyətdə oynayıb. Bizdən xəbərsiz gedib, səbəbini dəqiq bilmirəm. Bəlkə də, ailəsini görməyə gedib, amma yenə də icazə almalıdır. Özbaşına bilet alıb, testdən keçib və ölkəni tərk edib. Futbolçu gedəndə məşqçidən icazə almalıdır. Məndən icazə almayıb gedibsə, deməli, bu komandaya layiq deyil. Qayıdıb üzr istəsə də, yenə də bağışlanmayacaq.
 
- Niyə çempion olmaq deyil də, yaxşı yerlərdən birini tutmaq istəyirsiz?

- Eyni şeydir, mən komandama da deyirəm ki, niyə çempionluğa oynamayaq? Bütün oyunlara yüksək motivasiya ilə çıxsaq, döyüşsək, niyə də olmasın?
 
- Oyundan əvvəl komandaya hansı sözləri dediniz?

- O, mənə aid olan sözlərdir. Buna görə də bunu burda açıqlamayacam.
 
- Düşünmürsüz ki, bu mövsüm çempionluğa oynamaq üçün ən yaxşı imkan var?

- Hələ iki tur keçib. Bu dəqiqə kimisə sona salıb, kimisə də çempion etmək düzgün deyil.
 
- Ehtiyat oyunçular skamyanızda yaşlı futbolçular var. Onları sizin köməkçiləriniz kimi düşünmək olar?

- Mən də 35 yaşımda futbolçu karyeramı bitirmişəm. Təcrübəli futbolçular hər zaman məşqçiyə dayaqdır, eləcə də gənc futbolçulara.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail