Rəşad Sadıqov: "Qarşıma hansısa hədəf qoymağı sevmirəm"

13.09.2020 | 4814 dəfə oxunub

“Maraqlı oyun alındı. Qarşılaşma gərgin keçdi. Rəqib ilk turda “Neftçi” ilə görüşdə əzmkar mübarizə apardı. Bilirdik ki, sona qədər oynayacaqlar. Komanda üçün vacib 3 xal qazandıq. Düşünürəm ki, bunun ardını gətirəcəyik”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 2-ci turunda səfərdə “Səbail”i 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis bildirib ki, komandada çatışmayan cəhətlər var: “İlk oyuna görə daha yaxşı idik. Qarşıma hansısa hədəf qoymağı sevmirəm. Hər oyuna qələbə üçün baxırıq. Komanda olaraq düzgün addımlar atmaq istəyirik.

Həmişə hər şeyin ən yaxşısını istəmişəm. Mən də Avropa Liqasına vəsiqə qazanmaq niyyətindəyəm. Hədəflərə düzgün oyunla çatmaq fikrindəyəm.

Komanda şəklində yaxşı olmalı və düzgün futbol oynamalıyıq. Qələbə hər zaman şirindir, amma baxımlı oyun olanda daha yaxşı olur. Avropa arenasında daha yaxşı komandalar görə bilərik.

İstəyirəm ki, komanda böyüsün, çox keyfiyyətli futbolçularım var. Bizim komandada futbolumuzun gələcəyi olan oyunçular çoxdur. Oyunlarda daha inamlı və cəsurdurlar. Mən harada olursa-olsun, həmişə nəticə qazanmaq istəyirəm”.

Gənc baş məşqçinin sözlərinə görə, bu gün xal itirə bilərdilər: “Heç kim səhvdən sığortalanmayıb. Komandamız oyunun sonunda rəqibin təzyiqinə dözdü. Futbolçular soyuqqanlı oldular və düzgün davrandılar. Hər oyunda pozitiv futbol sərgiləməyə çalışacağıq”.

Sadıqov Ağabala Ramazanovun oyunda iştirak etməməsinə aydınlıq gətirib: “Ağabala iki gün öncə məşqdə zədələndi, bizim üçün gözlənilməz oldu. Futbolda zədələr var, buna hazır olmalıyıq. Ruslan Qurbanov bu gün meydanda aldığı şansdan yaxşı istifadə etdi”.

Baş məşqçi Ramazanovun yığmaya çağırılmaması barədə bunları deyib: “Milli komanda elə yerdir ki, təklif ola və olmaya bilər. Səbrli davranmaq lazımdır. Onun çağırılmamasına haqsız qərar demək olmaz. Hər baş məşqçinin öz seçimi var. Səbrli olmaq, çalışmaq və baş məşqçinin etimadını qazanmaq lazımdır. Bunu bütün oyunçularıma demişəm” 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail