Horvat: "Karyeram ərzində ilk dəfə belə halla Azərbaycanda rastlaşdım"

29.02.2012 | 7064 dəfə oxunub

Azərbaycan Premyer Liqası XXI turunun "Simurq"-"Bakı" qarşılaşmasının ikinci hissəsidə ardıcıl iki sarı və nəticədə qırmızı vərəqə alaraq meydanı tərk edən Mario Luis Horvat fikrini klubun rəsmi saytının izləyiciləri ilə bölüşüb. Stadium.az xəbər verir ki, Horvat maraqlı açıqlamalarla yadda qalıb:

"Səfər oyunumuz maraqlı alındı. "Simurq" güclü komandadır və biz bunu oyunun ilk dəqiqələrindən hiss etdik. Qarşılaşmanın əvvəlində hesabı aşmağımız işimizə yaradı. Sonadək üstünlüyü əldən vermədik və ikinci qolu vuraraq inamlı qələbə qazandıq".

Oyunun hakimi tərəfindən qırmızı vərəqə ilə cəzalandırılaraq meydanı tərk etmək məcburiyyətində qalan Horvat buna da münasibət bildirib:

"İlk halda 100% sarı vərəqəlik qayda pozuntusuna yol verdim. Ancaq ikinci epizodda nəyə görə cəzalandırıldığımı başa düşmədim. Mən xasiyyətcə intizamlı futbolçuyam. Komandamızı azlıqda qoyduğum üçün üzgünəm.

Bununla belə, bir daha təkrar edirəm ki, qırmızı kart almağım çox gözlənilməz oldu. Mən həyatımda ilk dəfə idi ki, qırmızı vərəqə alaraq meydanı tərk edirdim. Karyeram ərzində ilk dəfə belə halla Azərbaycanda rastlaşdım.

Yaxşı ki, bu oyunda qalib gəldik.Yoxsa, bunu özümə bağışlamazdım".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail