Nazim Süleymanov: "Hakim futboldan tamamilə bixəbər idi"

29.02.2012 | 5190 dəfə oxunub

Dubaydakı təlim-məşq toplanışı çərçivəsində Azərbaycan millisi son yoxlama matçına çıxıb. Stadium.az xəbər verir ki, oyundan sonra yığma komandamızın baş məşqçi Nazim Süleymanov açıqlama verib.

Fələstinə 2 cavabsız qolla uduzan milli komandamızın məşqçisi məğlubiyyət barədə fikrini bölüşüb və hakimliyin qərəzli olduğunu vurğulayıb: "Məğlubiyyət hər zaman pis təsir edir. Ancaq özünüz də gördünüz ki, hakim futboldan tamamilə bixəbərdir. Qapımıza vurulan ilk qolda oyundankənar vəziyyət var idi. Hakimlik, həqiqətən də, bərbad idi. Buna baxmayaraq, biz yenə də, daha da güclü oynamalı idik. Çünki Fələstin elə komanda deyil ki, onlara uduzaq. Ancaq 2:0 hesabı ilə uduzduq. Bu, hər birimizə pis təsir edir".

O, daha sonra toplanış barədə ümumi məlumat verib: "Toplanış bu gün başa çatır. Bizim əsas məqsədimiz burada cavan oyunçuları yoxlamaq idi. Foqtsla bir daha söhbət edəcəyik. Milli komandaya kimlərin çağırılmalı olduğunu müəyyənləşdirməyə çalışacağıq. Gənc oyunçular belə oyunlarda meydana buraxmaq lazımdır ki, təcrübə toplasınlar və oyun səviyyələrini artırsınlar. Çünki seçmə mərhələ oyunlarında yaxşı oynayıb daha çox xal toplamalıyıq".

Nazim Süleymanov Cihan Özkara ilə bağlı verilən sualı isə bu cür cavablandırıb: "Oyuna ikinci hissədə daxil oldu. Ancaq bu gün komanda 0:1 hesabı ilə geridə olarkən Cihan qol epizodunu əldən verdi. Belə epizodları qaçırmaq olmaz. Ancaq ümumimən pis təsir bağışlamadı. Yəqin ki, gələcəkdə də komandaya dəvət alacaq. Ona ümidlərimiz böyükdür".

Süleymanov sonda məşqçilərin Dubaya dəvət olunması ilə bağlı da düşüncələrini söyləyib: "Çox məşqçilər deyirdi ki, futbolçularımız milli komandada yorulur. Ona görə dəvət etdik ki, onlar da futbolçuların hansı şəraitdə, necə məşq etdiyini görsünlər. Onlarla görüşümüzdə milli komanda barədə söhbətimiz oldu, gələcəkdə görüləcək işlər barədə danışdıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail