FİFA Azərbaycan - Fələstin oyununu nəzərə almadı

01.03.2012 | 4855 dəfə oxunub

AFFA rəhbərliyi FİFA-ya müraciət edib. Stadium.az xəbər verir ki, buna səbəb millimizin Fələstinlə yoldaşlıq görüşünün hakimlərinin müəmmalı şəkildə dəyişdirilməsi olub.

Belə ki, Birləşmiş Ərəb Əmirlikləri Futbol Federasiyası öncədən FİFA və AFFA-ya göndərdiyi rəsmi məlumatda matçın baş hakimi kimi Əli Həmadın (Birləşmiş Ərəb Əmirlikləri) adını göstərmişdi. Amma hakimin qərarlarından şübhələnən AFFA rəsmiləri fasilə zamanı oyunu başqa hakimin idarə etdiyini müəyyənləşdirib. Məlum olub ki, görüşü Əli Həmad yox, Əli Zarouni Mohammed idarə edir.

AFFA rəhbərliyinin müraciətindən sonra FİFA da bu qarşılaşmanın nəticəsini şübhə altına alıb. Bəzi iddialara görə, bukmeker kontorlarında Fələstinin qələbəsi üçün yüksək əmsal qoyulduğundan, hakim də “danışıqlar”a gedib.

Maraqlıdır ki, artıq FİFA-nın rəsmi saytı da milli komandamızın Dubay hazırlığı çərçivəsində 3 yox, 2 oyun keçirdiyini yazıb. 0:2 hesabı ilə uduzduğumuz matçın nəticəsinin ləğv olunacağı isə istisna edilmir.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail