Zakir Həsənov: “Azərbaycan Ordusu düşmənin ön xəttini yarıb”

27.09.2020 | 4328 dəfə oxunub

“Erməni silahlı bölmələri Füzuli, Cəbrayıl, Tərtər və Ağdam rayonlarının kəndlərini artilleriyalardan atəşə tutub. Nəticədə, itkilərimiz olub, mülki şəxslər yaralanıb”.

Stadium.Az xəbər verir ki, bunu Müdafiə naziri Zakir Həsənov Təhlükəsizlik Şurasının iclasında deyib.

Həsənovun sözlərinə görə, Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində düşmənin ön xətti yarılıb.

“Nəticədə, yeddi kənd - Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı və Nüzgər kəndləri işğaldan azad edilib. Digər istiqamətlərdə Azərbaycan Ordusu uğurlu əks-hücum hərbi əməliyyatları keçirir”, - deyən Z.Həsənov onu da əlavə edib ki, düşmən böyük itkilər verərək geri çəkilib.

Müdafiə naziri qeyd edib ki, Azərbaycan Ordusunun zərbələri həm ön xətdə, həm də düşmənin tam dərinliyində həyata keçirilir, ən müasir silahlar tətbiq olunur.

“Biz düşmənin müqavimətini o qədər də güclü görmürük. Düşmən tam şəkildə geri çəkilib”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail