www.etopaz.az saytının rəsmi təqdimatı keçirildi

01.03.2012 | 13780 dəfə oxunub

Bu gün www.etopaz.az saytının rəsmi təqdimetmə mərasimi keçirilib. Stadium.az xəbər verir ki, tədbiri açan “Azəridmanservis” şirkətinin baş direktoru Azər Məhərrəmov bildirib ki, ötən ilin yanvarından etibarən Azərbaycanda fəaliyyətə başlayan “Topaz” şəbəkəsinin artıq ölkə üzrə 260-dan artıq dileri var. “Bu gündən etibarən etopaz.az saytı da rəsmən bu şəbəkənin üzvü olur”. 

www.etopaz.az-ın işlətmək hüququnu alan “Netbet” MMC-nin baş direktoru Altay Əliyev bildirib ki, bundan sonra insanlar çox rahat şəkildə, evlərində, ofislərində sayta daxil oluraq pul qoyuluşu edə bilərlər: “Azarkeşlər telefonla wap.etopaz.az saytına girməklə də proqnoz verə bilərlər”.

A.Əliyev deyib ki, sayt fevralın 14-dən fəaliyyət göstərir: “Bu gün isə biz onun rəsmi təqdimetmə mərasimini keçiririk”.

Onun sözlərinə görə, bundan sonra Azərbaycandan xarici bukmeyker kontorlarının saytlarına girişin qadağan olunması üçün Rabitə və İnformasiya Texnologiyalara Nazirliyinə müraciət olunacaq: “Həmin saytlar Azərbaycan dövlətinə heç bir vergi ödəmirlər. Biz həmçinin həmin saytlarla valyuta əməliyyatlarının aparılmasının dayandırılması üçün Milli Banka müraciət edəcəyik”.

Jurnalistlərin suallarını cavablandıran Əliyev “Topaz” əmsalları ilə etopaz.az-ın əmsalları arasında heç bir fərq olmayacağını bildirib: “Bizim siyasətimiz “Topaz”ın vahid siyasətinə uyğun olacaq”. O, həmçinin təkli oyunların sayının da “Topaz”ın müəyyənləşdirdiyi qaydada olacağını bildirib.

Əliyev qeyd edib ki, etopaz.az saytında pul qoyuluşu ilə bağlı heç bir limit olmayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail