"Bu cür səhv Stankoviç səviyyəsindəki futbolçuya təsir edəcək"

03.10.2020 | 4329 dəfə oxunub

"Uduzmağımız bizi üzür. Yaxşı oynadıq. Matça nəzarət bizdə idi. Kobud səhvlər bağışlanılmır. Futboldur, yaxşı mübarizə apardıq. Qalib gəlmək istəyirdik".

Bu sözləri "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın 5-ci turunda "Zirə"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

O bildirib ki, səhv edən komanda məğlub olmalıdır: "3 xal qazanmaq istəyirdik, amma səhv həlledici oldu. Oyunçuların istəklərindən razıyam, deyiləsi çox söz yoxdur. Bu cür səhv Stankoviç səviyyəsindəki futbolçuya təsir edəcək. Belə şeylər olur. Mənim işim ona dəstək olmaqdır. Stankoviç keyfiyyətli futbolçudur".

Məmmədov Premyer Liqada 5 matçın 2-də uduzduqlarını xatırladıb: "Pis oyunumuz "Sumqayıt"la matçda idi. Bu gün də uduzduq. Çalışırdıq ki, qalib gələk. Qarşıdakı matçlarda qələbə qazanıb, xal fərqini azaltmağa çalışacağıq. Bu gün "Zirə" çox kompakt oynadı. Səhvlər etmirdi. Düşünmürəm ki, hücumda problem var. Sadəcə rəqib müdafiədə yaxşı idi"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail