"Ermənilərin dinc əhalini öldürməsi qəbuledilməzdir" - De Byazi

06.10.2020 | 4374 dəfə oxunub

"Cəbhədə baş verən hadisələrdən xəbərdaram. Həyatımda ilk dəfədir belə halla rastlaşıram. Ermənilərin cəbhədə döyüş aparmaq əvəzinə dinc əhalini öldürməsi qəbuledilməzdir. 13 yaşlı  Şəhriyar Qurbanovun ölümü barədə eşitdim. Milli komandanın oyunçusu olardı ya yox, bilmirəm, ailəsinə başsağlığı verirəm. Onun ölümü bütün Qarabağ münaqişəsini izah edə bilər".

Stadium.Az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Canni de Byazi "İTV"də yayımlanan, Kənan Hakimovun aparıcısı olduğu "Bol idman" verilişində deyib.

İtaliyalı mütəxəssis ailəsinin ona görə narahat olduğunu bildirib:  Azərbaycan torpaqlarının 30 ildir işğal altında olduğunu bilirəm. Bu illər ərzində qarşılıqlı atışmalar olmuşdu, lakin bu səviyyədə ilk dəfədir. Əlbəttə, ailəm mənə görə narahatdır. Tək mənim yox, köməkçilərimin ailələri və yaxınları da. Ümid edirik ki, ən qısa zamanda məsələ öz həllini tapar. İşğal altında olan torpaqlar tezliklə Azərbaycana qayıdar. BMT-in dörd qətnaməsi var ki, orda da ermənilərin torpaqları azad etməli olduqları göstərilib".

De Byazi Millətlər Liqasında Bakı Olimpiya Stadionunda keçirilməli olan Azərbaycan – Kipr oyununun neytral meydanda oynanılması ilə bağlı AFFA ilə UEFA arasında danışıqlar davam etməsi haqda da danışıb: "Kiprlə Bakıda oynamaq istəyirik, amma qərarı UEFA verəcək. Neytral meydanda oynamaq qərarə verilsə, Kiprdən əvvəl qarşılaşacağımız Monteneqroya yaxın olduğu üçün Albaniyada oynamaq istərdim.

64 yaşlı çalışdırıcı Millətlər Liqası oyunlarının hazırlıqlarına başladıqlarını vurğulayıb: "Futbolçular çox motivasiyalıdırlar. Onları razı salmaq üçün ordu naminə oynamalıyıq. Qələbələrimiz Azərbaycanın gücünü, futbolunun gücünü göstərəcək. Yeni heyətə gəlincə, məşqçilər komandaları və futbolçuları izləyirlər. Əli Qurbaninin yüngül zədəsi var, amma ümid edirəm ki, hazır olacaq. Azərbaycan klublarında oynayan futbolçuları seçdim. Koronavirusu nəzərə aldım, buna görə Nazarov və İsrafilovu milliyə çağırmadım. Milli komandanın hazırkı futbolçuları yığmaya kömək etsə, bu heyətlə çalışmağa davam edəcəyik. Vüsal İsgəndərli pis oyunçu deyil, amma klubuna daha çox kömək etməlidir".

De Byazi "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində "Legiya"ya qalib gələrək (3:0) qrup mərhələsinə yüksəlməsi barədə də fikirlərini bildirib: "Qarabağ"ın Varşavadkı oyununu qeyd etmək istəyirəm. Komanda yaxşı futbol nümayiş etdirdii, azarkeşləri və əsgərləri sevindirdi. Qalib gəlməliyik, çünki bu çox vacibdir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail