Qara Qarayev: "Məğlubiyyət futbolçularda narahatlıq yaradıb"

12.10.2020 | 4186 dəfə oxunub

“Monteneqro ilə bizim adət etmədiyimiz vaxtda oynadıq. Meydanın vəziyyəti də istənilən səviyyədə deyildi. Təbii ki, bunlar bəhanə olmamalıdır. Məğlubiyyət futbolçularda narahatlıq yaradıb”.

Stadium.Az xəbər verir ki, bu sözləri millimizin futbolçusu Qara Qarayev UEFA Millətlər Liqasının 4-cü turunda Kiprlə matç öncəsi keçirilən mətbuat konfransında deyib.

O,  Kiprlə millisi ilə oyuna daha çox diqqət ayırdıqlarını bildirib: “Baş məşqçi rəqibi yetərincə analiz edib. Biz də lazım olan məlumatı toplamışıq. Kiprin heytində dəyişiklik var. Əlimizdən gələni edəcəyik ki, sabah qələbə qazanaq. İndiki vəziyyətdə oyuna köklənmək çox çətindir. İstirahət vaxtlarımızda ölkədə və cəbhədə baş verən hadisələri izləyirik. Bu cür məlumatlar əsasında oyuna köklənmək işimizi çətinləşdirir. Çünki bütün fikrimiz cəbhədə mübarizə aparan hərbçilərimizin yanındadır. Onlar canları bahasına orada mübarizə aparırlar. İnanram ki, bu dəfə daha yaxşı motivasiya olacaq və lazım olan nəticəni əldə edəcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail