Bakoviç: "Azərbaycan çempionatı barədə heç bir məlumatım yox idi"
"Bakı"nın serbiyalı müdafiəçisi Duye Bakoviç Azərbaycan Premyer Liqası XXII turunun "Bakı"-"İnter" qarşılaşması öncəsi klubun rəsmi internet saytına müsahibə verib. Stadium.az xəbər verir ki, o, açıqlama zamanı bunları dilə gətirib:
"Bakı"ya gələndə Azərbaycan çempionatı barədə heç bir məlumatım yox idi. Yalnız onu bilirdim ki, burada Aleksandar Soliç və Marko Şarliya oynayır. Azərbaycanla maraqlandıqda dostlarımdan aldığım məlumatlara görə, “Bakı”nın iddialı klub olması və çempionluq üçün oynadığını öyrəndim. Bu amil "Bakı" klubuna keçidimdə önəmli rol oynadı.
Artıq Azərbaycanda iki oyun keçirmişəm. İlk oyunumda "Qarabağ"a böyük hesablı məğlub olduq. Oyunumdan heç razı qalmadım, fikirləşirəm ki, bu belə olmamalı idi.
İkinci oyunum isə uğurlu alındı .“Simurq”la qarşılaşmada həm nəticədən, həm də oyundan razı qaldım . Zənnimcə, ədalətli qələbə qazanmışıq. Onu da qeyd edim ki, "Bakı"nın meydan sahiblərindən güclü olduğu hiss olunurdu.
Çempionatda ilk qolumu vurduğum üçün sevindim. "Bakı"nın qələbələri üçün əlimdən gələni əsirgəməyəcəyəm.
Növbəti turda “İnter”i qəbul edirik. Rəqiblərin oyununu görməmişəm, ancaq onu bilirəm ki, cox güclü komandadır. Bizi bu oyunda yalnız qələbə maraqlandırır.
Calışacağıq ki, “İnter”lə oyunda qələbə qazanıb, xal ehtiyatımızı artıraq".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |