"Neftçi" albaniyalı futbolçu aldı

17.10.2020 | 3941 dəfə oxunub

“Neftçi” növbəti transferini rəsmiləşdirib. Stadium.Az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, alban dayaq yarımmüdafiəçisi Bruno Teluşi ilə mövsümün sonunadək müqavilə bağlanıb. 29 yaşlı futbolçu yeni komandasında 17 nömrəli formanı geyinəcək. Teluşi müqavilə imzaladıqdan sonra əsgər salamı verməsi ilə diqqət çəkib.

Bruno Teluşi İtaliyanın “Virtus Entella” (2007-2011), Albaniyanın “Flamurtari” (2011-2017), “Partizani” (2018-2020), “Kukesi” (2020) və Xorvatiyanın “Slaven Belupo” (2017) klublarında çıxış edib, Albaniya kubokunun (2014), çempionatının (2019) və Superkubokunun (2020) qalibi olub. Teluşi Albaniyanın U-17 (2006-2007) və U-21 (2011-2012) milli komandasının da şərəfini qoruyub.

Bruno Teluşi Bakı klubuna keçməsi barədə də danışıb:

“Neftçi” kimi komandaya gəldiyim üçün çox şadam. Sevinirəm ki, öz ənənəsi, titulları və tarixi olan klubun üzvüyəm. Yeni komandama kömək etmək üçün var gücümü ortaya qoyacağam. Bilirəm ki, “Neftçi”nin tarixində ilk albaniyalı futbolçuyam. Bu, çox əlamətdar hadisədir. Albaniyanın bu klubda ilk təmsilçisi kimi komandanın uğurlu çıxış etməsi üçün maksimum çalışacam. Mən bura əlimdən gələnin ən yaxşısını etmək üçün gəlmişəm. “Neftçi”nin uğurlarında pay sahibi olmaq istəyirəm. Çalışacam ki, komanda mümkün qədər çox qələbə və çempionluq qazansın”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail