Əmir Ağayev: "Qarabağ" bu matçda qələbə qazana bilər"

21.10.2020 | 4223 dəfə oxunub

"Bu qarşılaşmanın favoriti yoxdur. Hər ikisi çox yaxşı komandadır". Stadium.Az xəbər verir ki, bunu açıqlamasında Yunanıstanın "Atromitos" klubunda çıxış edən Əmir Ağayev "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin I turunda İsraildə "Makkabi" (Təl-Əviv) komandası ilə keçirəcəyi görüş barədə danışarkən deyib.

İsraildə doğulmuş 28 yaşlı yarımmüdafiəçi həmyerliləri ilə matçda Ağdam komandasının qələbə şansının olduğunu bildirib: "Bu qarşılaşma ilə bağlı çox danışa bilməyəcəyəm. "Makkabi" baş məşqçi dəyişikliyinə gedib və heyətdə yeni oyunçular var. Nəticənin necə olacağını hamımız birlikdə görəcəyik. Düşünürəm ki, "Qarabağ" bu matçda qələbə qazana bilər".

Avqustun sonlarında Azərbaycan yığmasına dəvət almış Ağayev toplanışa qatıla bilməməsinin səbəbini də açıqlayıb: "İndiki məqamda millidə oynaya bilmirəm. Çünki bəzi sənədlər qaydasında deyil. Problemin həll olunmasını gözləyirəm".

"Sumqayıt" klubunun sabiq üzvü "Atromitos"da az forma şansı qazanmasını isə bu cür izah edib: "Heyətdə çox oyunçu var və rəqabət yetərincə böyükdür. Amma ümid edirəm ki, bu situasiyanı dəyişdirə biləcəyəm".

Əmir Ağayev "Sumqayıt"da 2019-cu ilin yanvarından çıxış edib. AFFA oyunçunun milliləşdirilməsi ilə bağlı FIFA-ya müraciət ünvanlayıb. Ali futbol qurumu məsələ ilə bağlı yekun qərarını açıqlamayıb.

Oktyabrın 22-də "Blumfild" stadionunda keçiriləcək "Makkabi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail