Elmar Baxşıyev: "Komandanın nümayiş etdirdiyi oyunundan məmnunam"

24.10.2020 | 3889 dəfə oxunub

Azərbaycan Premyer Liqasının VII turunun “Qəbələ” – “Səbail” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Stadium.Az xəbər verir ki, 40 yaşlı mütəxəssis oyunla bağlı bunları deyib:

“Futboldan yox, Ordumuzdan və qazandığı uğurlardan danışmaq istəyirəm. Bu, bizləri sevindirir. İnanırıq ki, millətimizi hər gün sevindirəcəklər və bizim torpaqlarımızı geri alacaqlar. Qəlblə və ürəklə onların yanındayıq. Allahdan onlara dua edirik, şəhidlərimizə Allah rəhmət eləsin.

Oyuna gəlincə, fərqli hissələr izlədik. Ümumi götürəndə komandanın nümayiş etdirdiyi oyunundan məmnunam. Futbolçular görmək istədiyim oyunu göstərir. Sadəcə epizodları dəyərləndirməkdə çətinlik çəkirik. İnanıram ki, qarşıdakı matçlarda bunları da aradan qaldırıb qələbələrimizi qazanacağıq. Hər oyunda 4-5 yüzfaizli qol imkanları yaradırıq. Psixoloji təzyiqi hiss etmirik. Komanda bunu yaradırsa, deməli hər şey qaydasındadı. Həmin epizodlarda bir az soyuqqanlılıq çatmır. İnanıram ki, bu da qaydasına düşəcək.

Oyunu hissələrə böldüm. Ilk 20 dəqiqəni yaxşı keçirdik, ilk yarının davamı və ikinci hissənin əvvəli oyun bir az qaydasında getmədi. Sonra futbolçular toparlandı və öz oyunumuzu nümayiş etdirməyə başladılar”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail